Fransalı Siril Qan amerikalı Coş Hokitə qalib gələrək Mütləq Döyüş Çempionatının (UFC) ağır çəkidə çempionluq titulunu qoruyub.
\"Report\" xəbər verir ki, Nyu-Yorkda keçirilən döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Qanın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 36 yaşlı fransalı idmançının hesabında qarışıq döyüş növləri (MMA) üzrə 15 qələbə və 2 məğlubiyyət var. 29 yaşlı Hokit isə karyerasında ilk dəfə uduzub. O, bundan əvvəl ardıcıl 10 qələbə qazanıb.