"Neftçi"dən ayrılan futbolçu Alessio Kurçi özünə yeni klub tapıb. Sport24.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.
Lüksemburqlu forvard "Borats"la 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Borats" hazırda UEFA Konfrans Liqasının Liqa mərhələsində mübarizə aparır.
Xatırladaq ki, 2025-ci ilin iyulunda "Neftçi"yə keçən Alessio Kurçi həmin ilin avqustunda paytaxt təmsilçisi ilə yollarını ayırıb.