İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçusu Estevao Villianla müqaviləni uzatmağı planlaşdırır.
dman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano özünün "YouTube" kanalında məlumat verib.
Onun sözlərinə görə, London təmsilçisi 19 yaşlı futbolçunun az oyun şansı qazanmasına baxmayaraq, gələcəyini onunla bağlamaq istəyir:
"Yeni müqavilə məsələsi qarşıdakı həftələrdə və aylarda gündəmə gələ bilər".
"Çelsi" rəhbərliyi Estevaonun yanvarda komandadan ayrılması variantını nəzərdən keçirmir. Klub gənc futbolçunun inkişafına və gələcəkdə əsas heyətdə daha mühüm rol oynamasına ümid bəsləyir.
Braziliyalı hücumçu Joao Pedronun zədələnməsindən sonra daha çox oyun vaxtı qazanmağa başlayıb. Bununla belə, baş məşqçi Xabi Alonsonun onun Premyer Liqanın fiziki tələblərinə uyğunlaşması ilə bağlı müəyyən tərəddüdləri olduğu bildirilir.
Qeyd edək ki, Estevao 2025-ci ildə "Palmeyras"dan "Çelsi"yə transfer olunub.