top
De la Fuente Yamalın İngiltərəyə qarşı oyunda çıxıb-çıkmayacağını açıqladı Idman.biz
Bu gün, 00:39
- ↺ +

De la Fuente Yamalın İngiltərəyə qarşı oyunda çıxıb-çıkmayacağını açıqladı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasında İngiltərə ilə qarşılaşma ərəfəsində Lamin Yamalın əsas heyətdə meydana çıxması məsələsinə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis "Barselona"nın 19 yaşlı futbolçusunun fiziki vəziyyətindən razı qaldığını, lakin onun ilk dəqiqələrdən oynayıb-oynamayacağına hələ qərar verilmədiyini bildirib.

"Yamalın əsas heyətdə olub-olmayacağını görəcəyik. Əgər oyuna ilk dəqiqələrdən başlasa, bu, onun ideal fiziki vəziyyətdə olması deməkdir. Matçın necə inkişaf edəcəyini əvvəlcədən bilmək mümkün deyil. Hazırda o, tam qaydasındadır. Klubunda məşq edib və yaxşı istirahət imkanı qazanıb", - deyə De la Fuente vurğulayıb.

Baş məşqçi Yamalın əvvəlki oyunda iştirak etməməsi ətrafında yaranan müzakirələrə də münasibət bildirib. Onun fikrincə, gənc futbolçuya göstərilən böyük diqqət vəziyyətin olduğundan daha mürəkkəb görünməsinə səbəb olur:

"Başa düşməliyik ki, indiyədək Lamin qədər diqqət mərkəzində olan futbolçumuz olmayıb. Amma düşünürəm ki, istənilən başqa oyunçu ilə də eyni qərar verilərdi. Kənarda yaranan səs-küy komandanın daxilində olandan daha çoxdur".

De la Fuente Mikel Oyarzabalın da İngiltərəyə qarşı oynamağa hazır olduğunu təsdiqləyib. Bununla belə, Alexandro Qrimaldonun səhhətində problem yaranıb.

"Hamının vəziyyəti yaxşıdır. Bu gün məşq edəcəklər və sabah oynamağa hazır olacaqlar. Yeganə istisna Qrimaldodur. Onda qripə bənzər xəstəliyin əlamətləri var və məşqə çıxmayacaq", - deyə mütəxəssis əlavə edib.

Xatırladaq ki, Yamal səhhətindəki narahatlıq səbəbindən İspaniyanın Çexiyaya 2:0 hesabı ilə qalib gəldiyi əvvəlki qarşılaşmada iştirak etməmişdi. O, daha sonra millinin düşərgəsinə qoşulub.

Qeyd edək ki, İspaniya - İngiltərə görüşü noyabrın 15-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:04

Azərbaycanın U-17 və U-19 milli komandaları dörd oyunda 22 qol buraxdı

Şahmat
Bu gün, 00:47

Şəhriyar Məmmədyarov Karlsenlə heç-heçə edib, qrup lideri ilə qarşılaşacaq

Futbol
Bu gün, 00:13

Erling Haaland 52 illik rekordunu təkrarladı, Gerd Müllerin rekorduna çatdı

Gimnastika
Dünən, 23:57

Azərbaycan gimnastları Nankindəki Dünya Yaş Qrupları yarışında bürünc medal qazandı;

Futbol
Dünən, 23:48

Zidan: Mbappe ilə aralarında heç bir münaqişə yoxdur, iddialar cəfəngiyyatdır

Futbol
Dünən, 23:34

Azərbaycan U-17 millisi UEFA seçmələrində Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 23:28

Sabiq Premier Liqa hakim Qrem Skott Artetaya 'dördüncü hakim üçün kabus' elan edib

Futbol
Dünən, 23:14

Atletiko hücumçusu Ademola Lukman diz bağında zədələnib, milli oyunlardan uzaq qalacaq

Futbol
Dünən, 23:02

Azərbaycan U-19 komandası Serbiyaya 4-0 məğlub oldu

Futbol
Dünən, 22:44

UEFA vitse-prezenti Bonek Guardiola oyun modelini 'futbolu öldürür' elan etdi

Futbol
Dünən, 22:31

Tibo Kurtua: Belçika Milli Takımında AVRO 2028 üçün Əsas Qapıçı Olmaq Qərarındadır

Basketbol
Dünən, 22:25

Neftçi basketbol komandası məşqçisinin açıq şərhi: 'Yüksək intensivlikdə hazır deyildik'

Futbol
Dünən, 22:13

“Qalatasaray”da beş futbolçunun ayrılma ehtimalı və maliyyə yükü

Futbol
Dünən, 21:54

Batrakov Kalinka-Malinka melodiyasını öz təklifilə təqdim etdi

Futbol
Dünən, 21:50

Tenerife baş məşqçisi qapıçının 12 oyunluq cəzəsini ‘yüngül’ hesab edir

Futbol
Dünən, 21:36

Fabian Ruis PSJ‑də hücum futbolunu və azarkeşlərə sevinc bəxş etməyi ən vacib hesab edir

Futbol
Dünən, 21:22

Kəpəz'in qızları AFFA U-16 liqasında 8-1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 21:03

Lixtenşteynin baş məşqçisi Azərbaycan millisinin vaxt uzatmasını uğur kimi qiymətləndirdi

Futbol
Dünən, 20:47

Rafinya qırmızı vərəqəsi səbəbindən ‘Barselona’ya erkən qayıda bilər

Futbol
Dünən, 20:33

Mançester Yunayted Niko Pas üçün transfer planlarını yeniləyir, amma Real Madrid buyback hələ də mövcuddur

Futbol
Dünən, 20:25

Şahdağ Qusar 2:1 hesabına Premyer Liqa komandası Şəfayı məğlub etdi

Futbol
Dünən, 20:19

Maykl Karrik West Ham‑ın baş məşqçisi ola bilər

Digər
Dünən, 19:41

Binə Atçılıq Mərkəzində keçirilən atçılıq konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Oxşar xəbərlər