top
Bavariya klubunun üç ulduzunun müqavilə vəziyyəti açıqlanıb Idman.biz
Bu gün, 08:12
- ↺ +

Bavariya klubunun üç ulduzunun müqavilə vəziyyəti açıqlanıb

Almaniyanın "Bavariya" klubunun üç futbolçusunun gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

İdman.Biz "Bayern Insider"ə istinadən xəbər verir ki, tanınmış jurnalist Kristian Falk Maykl Olise və Lennart Karlla müqavilə məsələlərinə, həmçinin Dayo Upamekanonun sərbəstqalma şərtinə aydınlıq gətirib.

Falkın sözlərinə görə, Münhen təmsilçisi Olise ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Bununla belə, Fransa millisinin üzvü ilə yeni müqavilə üzrə rəsmi danışıqlar hələ başlamayıb.

"Olisenin nümayəndələrinin klubla danışıqlar aparması barədə məlumat qismən doğrudur. Lakin hazırda söhbət müqavilə danışıqlarından getmir. "Bavariya" gələn yaya qədər qərar vermək istədiyini futbolçuya bildirib. Onun mövcud müqaviləsinin başa çatmasına üç il qalır. Klub müqaviləni daha iki il uzadaraq maaşını artıra bilər", - deyə jurnalist bildirib.

Falk qeyd edib ki, "Bavariya" bütün məsələləri eyni vaxtda həll etməyə tələsmir. Klubun prioritetlərindən biri "Qızıl top"un sahibi Harri Keynlə müqaviləni uzatmaq olub. Növbəti mərhələdə isə Olisenin gələcəyi ilə bağlı müzakirələr gündəmə gələ bilər.

Bu vəziyyət 18 yaşlı Lennart Karlın da gələcəyinə təsir göstərir. Jurnalistin məlumatına görə, klub rəhbərliyi gənc futbolçu ilə daxili görüş keçirərək onun inkişafından razılığını ifadə edib. Bununla belə, tərəflər hələ yeni müqaviləni müzakirə etməyiblər.

Karlın illik maaşı təxminən 2,5 milyon avrodur. Münhen klubunda onun müqaviləsi ilə bağlı növbəti addımın Olisenin gələcəyinə dair qərardan sonra atılacağı gözlənilir.

Falkın açıqlamasında ən diqqətçəkən məqamlardan biri isə Upamekanonun müqaviləsindəki sərbəstqalma şərti olub. Jurnalist bu məbləğin təxminən 65 milyon avro təşkil etdiyini təsdiqləyib.

Onun sözlərinə görə, fransalı müdafiəçinin əvvəlki müqaviləsində də oxşar bənd mövcud olub, lakin həmin vaxt məbləğ təxminən iki dəfə yüksək idi.

Yeni müqavilənin müzakirəsi zamanı əsas fikir ayrılığı sərbəstqalma məbləğinin dərhal qüvvəyə minməsi ilə bağlı yaranıb. Buna baxmayaraq, Upamekano klubda qalmaq istədiyini şəxsən rəhbərliyə çatdırıb.

"Upamekano qalmaq istəyirdi. Bir müddət onun ayrılacağı ilə bağlı narahatlıq vardı. Lakin o, klubla birbaşa əlaqə saxlayaraq buranın öz klubu olduğunu və getmək niyyətində olmadığını bildirib. Baş məşqçi Vensan Kompani ilə də yaxın münasibətləri var. Buna görə müqavilədə sərbəstqalma şərti olsa da, onun yaxın gələcəkdə işə düşəcəyini düşünmürəm", - deyə Falk vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:30

37 yaşlı Braziliyalı müdafiəçi Alan Ruschel karyerasını başa vurdu

Qarabağ FK
Bu gün, 08:00

Ukrayna millisinin baş məşqçisi Aleksey Kaşukun debütünü və taktikasını şərh etdi

Futbol
Bu gün, 07:13

Ronalda olmadan Portuqaliya 12 ildən bəri ən ağır məğlubiyyəti yaşadı

Futbol
Bu gün, 06:14

Almaniyanın keçmiş futbolçusu Kristof Kramer, Kloppu tərifləyib, Millətlər Liqasının əhəmiyyətini sorğulayıb

Futbol
Bu gün, 05:07

Mark Pubill həm Atlético Madrid, həm də İspaniya millisi də möhkəmlənir

Futbol
Bu gün, 04:12

“Chelsea” 19 yaşlı futbolçusu Estevao ilə yeni müqavilə bağlamağa hazırlaşır

Futbol
Bu gün, 03:11

Kvaratsxeliya, Nurmaqomedovla mübahisədən sonra, qələbə qazanan həmyerlisini tərifladi

Futbol
Bu gün, 02:17

Tuxel İspaniya media kritikası qarşısında sərt reaksiya göstərdi

Futbol
Bu gün, 01:56

Deklan Rays, Yamalın İspan müdafiəsinə cavab verdi: 'Keyn buna layiq idi'

Futbol
Bu gün, 01:36

Eldar Tağızadə Bistritsa klubunun 2:2 məğlubiyyətsiz matcını son dəqiqə qol ilə xilas etdi

Cüdo
Bu gün, 01:23

Cüdo üzrə Avropa Kubokunun qalibi və Sambo çempionu Maqomed Davudov güllələnərək öldürüldü

Futbol
Bu gün, 01:04

Azərbaycanın U-17 və U-19 milli komandaları dörd oyunda 22 qol buraxdı

Şahmat
Bu gün, 00:47

Şəhriyar Məmmədyarov Karlsenlə heç-heçə edib, qrup lideri ilə qarşılaşacaq

Futbol
Bu gün, 00:39

De la Fuente Yamalın İngiltərəyə qarşı oyunda çıxıb-çıkmayacağını açıqladı

Futbol
Bu gün, 00:13

Erling Haaland 52 illik rekordunu təkrarladı, Gerd Müllerin rekorduna çatdı

Gimnastika
Dünən, 23:57

Azərbaycan gimnastları Nankindəki Dünya Yaş Qrupları yarışında bürünc medal qazandı;

Futbol
Dünən, 23:48

Zidan: Mbappe ilə aralarında heç bir münaqişə yoxdur, iddialar cəfəngiyyatdır

Futbol
Dünən, 23:34

Azərbaycan U-17 millisi UEFA seçmələrində Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 23:28

Sabiq Premier Liqa hakim Qrem Skott Artetaya 'dördüncü hakim üçün kabus' elan edib

Futbol
Dünən, 23:14

Atletiko hücumçusu Ademola Lukman diz bağında zədələnib, milli oyunlardan uzaq qalacaq

Futbol
Dünən, 23:02

Azərbaycan U-19 komandası Serbiyaya 4-0 məğlub oldu

Futbol
Dünən, 22:44

UEFA vitse-prezenti Bonek Guardiola oyun modelini 'futbolu öldürür' elan etdi

Futbol
Dünən, 22:31

Tibo Kurtua: Belçika Milli Takımında AVRO 2028 üçün Əsas Qapıçı Olmaq Qərarındadır

Oxşar xəbərlər