top
Dakar Olimpiya Oyunlarından altı medalla qayıdan Azərbaycan idmançıları Idman.biz
Bu gün, 10:20
- ↺ +

Dakar Olimpiya Oyunlarından altı medalla qayıdan Azərbaycan idmançıları

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.

İdman.Biz xəbər verir ki, Bakıya Olimpiadanın gümüş mükafatçıları - taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq), eləcə də yarışlarda iştirak edən digər idmançılar gəliblər.

İdmançılarla birlikdə Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov, məşqçilər və Olimpiya komandasının həkimi Ruslan Şərifov da Vətənə dönüblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılar üçün təntənəli qarşılanma mərasimi təşkil olunub. Mərasimdə MOK-un, Azərbaycan Taekvondo və Boks federasiyalarının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Dakar Olimpiadasında Azərbaycan səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunub. Milli komandamız yarışları üç qızıl və üç gümüş olmaqla, ümumilikdə altı medalla başa vurub.

Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.

Gümüş medallara isə çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) sahib çıxıblar.

Azərbaycan millisi bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub.

Medal sıralamasının qalibi 18 qızıl, 8 gümüş və 7 bürünc medalla Çin yığması olub. Yaponiya 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:29

Real Arda Güləri 5 illik müqavilə ilə 8 milyon avroya təklif etdi

Digər
Bu gün, 10:20

Sirill Qan ağır çəkiddə UFC çempionluğunu qorudu

Basketbol
Bu gün, 10:00

LANDAU Lions və Gəncə, Azərbaycan Basketbol Liqasının VII turunda mövqeləri üçün qarşılaşacaqlar

Futbol
Bu gün, 10:00

Alessio Kurçi Neftçidən ayrıldı, UEFA Konfrans Liqasında mübarizə aparan Borats klubuna keçdi

Cüdo
Bu gün, 09:49

Azərbaycandan beş cüdoçu Zaqreb Qran-prisinin final günündə yarışacaq

Futbol
Bu gün, 09:30

Arsen Venger FİFA prezidenti üçün namizəd olma ehtimalı azdır

Futbol
Bu gün, 09:08

Banklar Mançester City transferlərinə maliyyələşdirmədən çəkinir

Futbol
Bu gün, 09:00

Atletiko Mineyro 18 yaşlı braziliyalı müdafiəçi Vitao üçün 14 milyon avro transfer təklifi

Futbol
Bu gün, 08:30

37 yaşlı Braziliyalı müdafiəçi Alan Ruschel karyerasını başa vurdu

Futbol
Bu gün, 08:12

Bavariya klubunun üç ulduzunun müqavilə vəziyyəti açıqlanıb

Qarabağ FK
Bu gün, 08:00

Ukrayna millisinin baş məşqçisi Aleksey Kaşukun debütünü və taktikasını şərh etdi

Futbol
Bu gün, 07:13

Ronalda olmadan Portuqaliya 12 ildən bəri ən ağır məğlubiyyəti yaşadı

Futbol
Bu gün, 06:14

Almaniyanın keçmiş futbolçusu Kristof Kramer, Kloppu tərifləyib, Millətlər Liqasının əhəmiyyətini sorğulayıb

Futbol
Bu gün, 05:07

Mark Pubill həm Atlético Madrid, həm də İspaniya millisi də möhkəmlənir

Futbol
Bu gün, 04:12

“Chelsea” 19 yaşlı futbolçusu Estevao ilə yeni müqavilə bağlamağa hazırlaşır

Futbol
Bu gün, 03:11

Kvaratsxeliya, Nurmaqomedovla mübahisədən sonra, qələbə qazanan həmyerlisini tərifladi

Futbol
Bu gün, 02:17

Tuxel İspaniya media kritikası qarşısında sərt reaksiya göstərdi

Futbol
Bu gün, 01:56

Deklan Rays, Yamalın İspan müdafiəsinə cavab verdi: 'Keyn buna layiq idi'

Futbol
Bu gün, 01:36

Eldar Tağızadə Bistritsa klubunun 2:2 məğlubiyyətsiz matcını son dəqiqə qol ilə xilas etdi

Cüdo
Bu gün, 01:23

Cüdo üzrə Avropa Kubokunun qalibi və Sambo çempionu Maqomed Davudov güllələnərək öldürüldü

Futbol
Bu gün, 01:04

Azərbaycanın U-17 və U-19 milli komandaları dörd oyunda 22 qol buraxdı

Şahmat
Bu gün, 00:47

Şəhriyar Məmmədyarov Karlsenlə heç-heçə edib, qrup lideri ilə qarşılaşacaq

Futbol
Bu gün, 00:39

De la Fuente Yamalın İngiltərəyə qarşı oyunda çıxıb-çıkmayacağını açıqladı

Oxşar xəbərlər