top
Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı Idman.biz
Bu gün, 13:37
- ↺ +

Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı

Oktyabr ayında Albaniyada keçirilən 23 yaşadək və gənclər arasında Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə yarışdakı çıxışını dəyərləndirib, idman karyerasından danışıb.

İdman.Biz-ə müsahibəsində 23 yaşlı idmançı bu yaş kateqoriyasında medal qazanan ilk azərbaycanlı qadın ağırlıqqaldıranlardan biri olmaqdan qürur duyduğunu bildirib. Bununla belə, o, əldə etdiyi nəticədən tam razı qalmadığını və əsas hədəfinin qızıl medal olduğunu vurğulayıb.

"Açığı, çıxışımdan çox razı qalmadım. Çünki istədiyim nəticəni göstərə bilsəydim, çempion ola bilərdim. Bunun üçün çox əziyyət çəkmişdim, amma təəssüf ki, planlaşdırdığım nəticəni əldə edə bilmədim. Buna baxmayaraq, medal qazandığım üçün şükür edirəm. Bu nəticə mənim üçün yeni başlanğıc və böyük motivasiyadır. İnanıram ki, növbəti yarışlara daha yaxşı hazırlaşacaq və çəkdiyim zəhmətin bəhrəsini görəcəyəm", - deyə o bildirib.

Gənc idmançı ağırlıqqaldırmaya gəlişindən də danışıb. Onun sözlərinə görə, bu idman növü ilə əvvəlcə qardaşı məşğul olmağa başlayıb. Qardaşının məşqlərini izlədikcə bu sahəyə marağı artan Rahilə özü də ağırlıqqaldırma ilə məşğul olmaq qərarına gəlib. Milli komandaya seçilməsi, beynəlxalq yarışlarda iştirakı və xarici idmançılarla təcrübə mübadiləsi onun bu idman növünə marağını daha da artırıb. Qazandığı uğurlar isə ağırlıqqaldırmaya bağlılığını gücləndirib.

Azərbaycanda qadınlar arasında ağırlıqqaldırmanın geniş yayılmadığını deyən idmançı bu səbəbdən zaman-zaman fərqli münasibətlərlə qarşılaşdığını bildirib:

"Məni dəstəkləyənlər də olub, dəstəkləməyənlər də. Təəssüf ki, ikinci qrupda olanların sayı daha çoxdur. Bəziləri ağırlıqqaldırmanın qadın idman növü olmadığını, bu idmanla məşğul olmağın boyun qısa qalmasına və müxtəlif problemlərə səbəb olacağını deyirdilər. Ən çox təəssüfləndirən isə uğursuz nəticə göstərdiyin zaman səni dəstəkləyən insanların belə fikirlərini dəyişməsidir. Bəziləri məğlubiyyətdən sonra sənə olan inamını itirir. Halbuki idmanda məğlubiyyətlər də olur. Əsas məsələ ruhdan düşmədən yoluna davam etməkdir".

Rahilə Hüseynzadə qarşısına daha böyük hədəflər qoyub. Artıq böyüklər arasında da yarışan idmançı bu kateqoriyada rəqabətin daha güclü olduğunu bildirib. Buna görə də qarşıdakı turnirlərdə uğurlu nəticələr əldə etmək üçün hazırlıqlarını davam etdirir.

Onun əsas diqqəti 2027-ci ildə keçiriləcək yarışlara, xüsusilə də 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərə yönəlib.

"Hansı idmançı olimpiya çempionu olmaq istəməz? Olimpiadada iştirak etmək hər bir idmançının böyük arzusudur. Amma hazırda mənim əsas diqqətim olimpiadadan daha çox qarşıdakı yarışlardır. 2027-ci ildə çox mühüm və lisenziya xarakterli turnirlər keçiriləcək. Əsas məqsədim həmin yarışlarda medal qazanmaqdır", - deyə Rahilə Hüseynzadə fikirlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib;

Futbol
Bu gün, 13:30

Portuqaliyalı futbolçulardan ən çox qazanən beş oyunçu

Futbol
Bu gün, 13:26

Roma azarkeşləri prezident Lotitonun rəhbərliyi ilə münaqişə səbəbindən ev oyunlarını boykot edir

Futbol
Bu gün, 13:00

Rikardo Fernandeş: Şamaxının performansı üçün daha artığı hədəflənir

Şahmat
Bu gün, 12:57

Baş məşqçi, Avropa çempionatındakı şahmatçıların çıxışını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:37

Mançester Yunayted Vinisius Juniorun transferini planlaşdırır

Futbol
Bu gün, 12:30

ESPN tərəfindən təyin edilən Dünyanın 10 ən yaxşı futbolçusu reytinqi açıqlanıb

Olimpiada
Bu gün, 12:17

Azərbaycanın yeniyetmələrin Yay Olimpiya Oyunlarında son 12 ildə ən yaxşı nəticə göstərildi

Futbol
Bu gün, 12:00

Braziliya və Argentina U‑20 komandalarının Azərbaycan‑Özbəkistan çempionatı üçün vəsiqə mübarizəsi çətinləşir

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Oxşar xəbərlər