top
Binə Atçılıq Mərkəzində keçirilən atçılıq konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi Idman.biz
Bu gün, 19:41
- ↺ +

Binə Atçılıq Mərkəzində keçirilən atçılıq konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı başa çatıb.

İdman.Biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində keçirilən yarışda yeddi klub və cəmiyyəti təmsil edən 70-ə yaxın idmançı üç kateqoriya üzrə mübarizə aparıb.

Hündürlüyü 70-80 sm olan maneələrin dəf edilməsində Respublika Atçılıq və Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Viktoriya Nduka "Barat" ləqəbli atla çempion olub. Onun komanda yoldaşı Cavid Qurbanəliyev "Burla" ilə ikinci, "Sərhədçi"nin təmsilçisi Əhəd Məmmədov isə "Nabat"la üçüncü yeri tutub.

100-115 sm hündürlüklü maneələr üzrə yarışda "Elite" klubunun üzvü Anar Hümbətov "Zirvə" atı ilə qızıl medal qazanıb. Onun klub yoldaşı Seyid Musayev "Parlaq" və "Uca" ləqəbli atlarla müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxıb.

Ən yüksək kateqoriyada - 125-130 sm hündürlüklü maneələrin dəf edilməsində isə "Omar" Atçılıq Klubunun üzvü Kənan Novruzov fərqlənib. "Tutu MNM" atı ilə çıxış edən idmançı marşrutu cərimə balı olmadan tamamlayan yeganə iştirakçı kimi çempion adını qazanıb. Seyid Musayev "Zidan"la ikinci, "Sərhədçi"nin üzvü Ramil İbrahimov isə "Şirin"lə üçüncü olub.

Yarışın sonunda qaliblər və mükafatçılar diplom və medallarla, çempionlar isə kuboklarla təltif ediliblər. Mükafatları Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:25

Argentina millisi Messisiz ilk yoldaşlıq oyununda Uruqvaya 1:2 hesabı ilə məğlub oldu

Şahmat
Bu gün, 19:20

Aydın Süleymanlı SC Viernheim ilə Almaniya Bundesliqasında dörd məğlubiyyətsiz partiyasında qalır

Futbol
Bu gün, 19:04

Azərbaycan U-23 komandası Oman U-23-yə 2-1 qalib gəldi

Futbol
Bu gün, 18:57

Zidan baş məşqçi olaraq ilk dəfə Fransadan məğlubiyyət alıb

Futbol
Bu gün, 18:53

Dezire Due, PSJ-nin hücumçusu, Türkiyə ilə qarşılaşmadan çıxmaq ehtimalı

Futbol
Bu gün, 18:38

Messi ayrılandan sonra Argentinanın Uruqvaya qarşı oynadığı yoldaşlıq görüşünə azarkeş marağı kəskin azalıb

Futbol
Bu gün, 18:27

İtaliya A Seriyasında oktyabrın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 18:23

Laporta: Yamalı Dahi, Onu Qorumaq Vəzifəmizdir

Futbol
Bu gün, 18:19

Fatih Terim restoran hesabını formalarla ödədiyi iddia edilir

Futbol
Bu gün, 18:08

Portuqaliya millisində Karlos Forbs ilk dəfə Ronaldudan boşalan 7 nömrəli formanı geyəcək

Futbol
Bu gün, 17:58

Hakan Çalhanoğlu “Fənərbağça”nın marağında

Futbol
Bu gün, 17:53

"Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə: "İkinci Liqada lideriyik, addım-addım irəliləyirik"

Futbol
Bu gün, 17:39

Sabah Çempionlar Liqasının sosial şəbəkələrdə ən az izlənilən klub

Futbol
Bu gün, 17:28

“Barselona”nın hücumçusu Hamza Abdelkarim “Komo”ya keçə bilər

Futbol
Bu gün, 17:19

“Riqa” klubuna LFF‑dən 6 822 avroluq cərimə və 3 xal itki

Basketbol
Bu gün, 17:01

Azərbaycan qadın basketbol yığmasının baş məşqçisi İrlandiyanı məğlubiyyətin səbəbini müdafiədəki zəifliklə bağlıdı

Futbol
Bu gün, 16:59

Xavi Niderlandın Yunanıstan üzərində 7:0 hesablı qələbəsini şərh etdi: "Oyunçularla fəxr edirəm"

Cüdo
Bu gün, 16:41

Azərbaycanlı muay-tay döyüşçüsü Anar Məmmədov Tailandda nokautu və qələbəsi üçün 10 min dollardan çox mükafat alıb

Futbol
Bu gün, 16:25

Yaponiya Braziliyanı 3:2 hesabı ilə məğlub etdi

Güləş
Bu gün, 16:21

Eldəniz Əzizli: 5-ci dəfə dünya çempionu olmaq, anasının sözləri və idman dünyasından təbriklər

Futbol
Bu gün, 16:02

Kenan Yıldız Messi-dən qızılı hədiyyə aldı

Futbol
Bu gün, 16:00

Portuqaliya millisi Ronaldoya hörmət olaraq 7 nömrəli formayla çıxacaq

Cüdo
Bu gün, 15:52

Bakıda cüdo üzrə paytaxt birinciliyində ilk medalçılar müəyyənləşib

Oxşar xəbərlər