top
İDMAN.BİZ Almaniyadan: Universiadada Azərbaycan komandasının medal ümidləri və nəticələri Idman.biz
22 iyul 2025, 18:56
- ↺ +

İDMAN.BİZ Almaniyadan: Universiadada Azərbaycan komandasının medal ümidləri və nəticələri

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadanın başlanmasından düz bir həftə ötür. Azərbaycan komandasının hesabında bədii gimnastikada qazanılmış iki qızıl və bir gümüş medal var. Lakin qarşıdakı beş gün ərzində idmançılarımızın bu uğurları davam etdirəcəyi və mükafat kolleksiyasını genişləndirəcəkləri üçün ciddi əsaslar mövcuddur.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, gimnastlar ümumi komandaya nümunə oldular.

Maraqlıdır ki, bu komanda tarixində ilk dəfə tələbələrin oyunlarında iştirak edir və debüt sözün əsl mənasında "qızıl" alındı: çoxnövçülük və beş lentlə hərəkətlərdə qələbə və üç top, iki halqa ilə kompozisiyada isə gümüş medal. Güllü Ağalarzadə, Darya Sorokina, Ləman Əlimuradova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət komanda üçün bu medallar həm yaddaqalan, həm də motivasiyaedici oldu. Şübhəsiz ki, Almaniyadakı bu uğur Rio-de-Janeyroda keçiriləcək dünya çempionatı öncəsi onlara əlavə inam aşılayacaq.

Gimnastların startından sonra müəyyən nəticələr tekvondoçulardan gözlənilirdi. Lakin idmançılarımızın əksəriyyəti gözləntiləri doğrultmadı. Fərdi yarışlarda son medal ümidi olan Eltac Qafarov (87 kq) 1/4 finalda ukraynalı Artyom Xarbara məğlub oldu. Həmçinin Həmidreza Badrialiabadi (+87 kq) və Taleh Süleymanov (80 kq) da eyni mərhələdə yarışa əlvida dedilər. Bu baxımdan, tekvondo komandası mümkün medallardan kənarda qaldı.

İndi əsas ümidlərimiz cüdoya yönəlib və yarışlar sabahdan başlayır. Bu mənada qarşıdakı günlər medal sıralamasında komandanın mövqeyini ciddi şəkildə gücləndirə bilər. Hazırda Azərbaycan ilk "onluğ"un astanasındadır. Cüdo komandasının lideri Elcan Hacıyev üçün isə Universiadadakı uğur dünya çempionatında qazandığı bürünc medaldan sonra əhəmiyyətli motivasiya ola bilər.

Universiadanın təşkili məsələsinə gəlincə, ümumilikdə qənaətbəxşdir. Lakin bəzi texniki uyğunsuzluqlar, xüsusilə media ilə iş prosesində nəzərə çarpır. Məsələn, gimnastların final günündə bizi tribunaya buraxmaq istəmirdilər – nə multiforum təşkilatçıları, nə də təhlükəsizlik əməkdaşları. Onlar bütün biletlərin satıldığını əsas gətirirdilər. Jurnalist olduğumuzu və akreditasiyanın kifayət etdiyini izah etmək üçün bir neçə dəfə sektorları dolaşıb vaxt sərf etməli olduq. Sonradan təşkilatçılar bunu "texniki səhv" kimi izah edib üzr istədilər, amma artıq gec idi.

Almaniyada hava da bizə yaxşı münasibət göstərmir. Tez-tez yağış yağır, hava tutqun keçir və temperaturda kəskin dəyişikliklər olur. Amma Azərbaycan jurnalistləri üçün bu, yad deyil. Həm də yarışlar hər havada davam edir – hətta çimərlik voleybolu da öz ritmində keçir.

İşimizə davam edirik...

Zəki Feyzullayev, Essendən (Almaniya)
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Oxşar xəbərlər