top
Sumqayıt basketbol komandasının məşqçisi Allahverdi Yusifov: Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir Idman.biz
Bu gün, 13:31
- ↺ +

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

"Bu mənim üçün işdən əlavə, həm də böyük təcrübədir. Mənə belə bir şans yaratdığına görə baş məşqçimiz Uğur Özdemirə çox böyük təşəkkür edirəm".

İdman.Biz xəbər verir ki, bu sözləri "Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Sumqayıt" karyeranızda çalışdığınız ilk peşəkar klubdur. Təəssüratlarınız necədir?

- Təəssüratlar çox gözəldir, çünki cavan məşqçi kimi bu səviyyədə çalışmaq dəyərlidir. Bu mənim üçün işdən əlavə, həm də böyük təcrübədir. Mənə belə bir şans yaratdığına görə baş məşqçimiz Uğur Özdemirə çox böyük təşəkkür edirəm. Ondan çox şey öyrənirəm. Uğur hocanı "Xırdalan"da işləyəndən tanıyırdım, onun iş prinsiplərini çox bəyənirdim. Elə alındı ki, peşəkar səviyyədə ilk komandamda da onunla bir yerdə çalışmaq qismətimə düşdü. Ümumiyyətlə, bu yerlərə gəlib çıxmağımda əməyi keçən bütün müəllimlərimə — Tərxan, Fuad və Mehran bəyə - təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu mövsüm mənim üçün böyük təcrübə olacaq.

- Komanda keçirdiyi yeddi oyunda üç qələbə qazanıb. Çıxışı necə dəyərləndirirsiniz?

- Məncə, keçirdiyimiz 7 oyunda layiq olduğumuz performansı göstərə bilməmişik. Kifayət qədər peşəkar və yüksək səviyyəli oyunçularımız olsa da, mövsümə gec başladığımızdan problemlər yaşandı. Sistem bir az gec oturuşdu, oyunçular bir-birini yaxşı tanımadı... İlk oyunlarımızda çox səhvlərə yol verirdik. İnkişaf etmiş liqamızda belə səhvlər bağışlanmazdır. Çempionatda hər oyun böyük əhəmiyyət kəsb edir. İki həftəlik fasilə bizim üçün çox yaxşı oldu ki, biz də indi bundan yararlanıb öz səhvlərimiz üzərində işləyirik. Buna baxmayaraq, get-gedə daha yaxşı komandaya çevrilirik, biz bundan da yaxşı olacağıq. Kollektiv daxilində yüksək əhval-ruhiyyə var!

- Komandanın fiziki durumu haqda nə deyə bilərsiniz? Ən çox hansı periodlarda çətinlik yaşayır?

- Əsasən, problemlərimiz 3-cü və 4-cü periodlarda baş qaldırır. İlk 3-4 oyunda ümumiyyətlə bunun əziyyətini çəkmişik. Matçlara yaxşı başlayırdıq, amma sonradan nəzarət əlimizdən çıxırdı. Bu da dediyim kimi, mövsümə gec başlamağımız və hazırlıqsız olmağımızla əlaqədar idi. Amma indi komanda yaxşı vəziyyətdədir, oyunumuzu mükəmməlləşdirmək üçün hər gün çalışırıq. Son matçlarda yaxşı çıxış etmişik və bundan da yaxşı olacağıq.

- Ənənəvi sual: Hədəflər nədən ibarətdir? Mövsümün sonunda "Sumqayıt"ı harada görürsünüz?

- Birinci növbədə hədəfimiz liqa mərhələsini "ilk 4-lük"də bitirməkdir. Sonra da pley-offda Sumqayıt şəhərini layiqli şəkildə təmsil etmək istəyirik. Mövsümü yüksək yerlərdə başa vurmağı planlaşdırırıq. Hədəflərimiz böyükdür! Hər şey istəkdən asılıdır, məncə, biz bunu bacaracaq gücdəyik! Komandamıza güvənirəm!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Oxşar xəbərlər