"Beşiktaş"ın futbolçularını Batumiyə aparan təyyarəni ildırım vurub.
Uçuş zamanı nəqliyyat vasitəsi güclü turbulensiyaya məruz qalıb və bu səbəbdən Batumiyə çata bilməyib. Beləliklə də ekipaj məcburi şəkildə Rizədə yerə enib.
Komanda Avropa Liqasının "Hapoel"lə oyununa avtobusla yollanıb. Hadisəyə görə "Beşiktaş"ın baş məşqçisi Vinçenso İtalyanonun mətbuat konfransı da ləğv edilib.