top
Azərbaycan gimnastları Daşkənddəki Velvet Road turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər Idman.biz
Bu gün, 19:16
- ↺ +

Azərbaycan gimnastları Daşkənddəki "Velvet Road" turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər

Azərbaycanın idman gimnastikası üzrə təmsilçiləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Velvet Road" beynəlxalq turnirini 10 medalla başa vurublar. Noyabrın 16-22-də təşkil olunan yarışda gimnastlarımız üç qızıl, üç gümüş və dörd bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında Rəsul Əhmədzadə dəstəli at üzrə çıxışında ikinci yeri tutaraq gümüş medala sahib olub.

Qadın gimnastlarımız isə həm fərdi, həm də komanda yarışlarında uğurlu nəticələr göstəriblər. Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət Azərbaycan komandası çoxnövçülükdə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Fərdi çoxnövçülükdə Dəniz Əliyeva turnirin qalibi olub. Nazənin Teymurova həmin proqramda üçüncü yeri tutub. Gənclər arasında çoxnövçülük yarışına qatılan Lalə Zamanlı isə gümüş medala layiq görülüb.

Ayrı-ayrı alətlər üzrə finallarda da Azərbaycan təmsilçiləri medallar qazanıblar. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada isə bürünc medal əldə edib.

Nazənin Teymurova dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc mükafatın sahibi olub. Gənclərin yarışında çıxış edən Leyla Məmmədzadə də müxtəlif hündürlüklü qollarda üçüncü pilləyə yüksəlib.

Beləliklə, Azərbaycan gimnastları Daşkənddə keçirilən beynəlxalq turniri üç qızıl, üç gümüş və dörd bürünc medalla tamamlayıblar.

Dəniz Əliyeva iki fərdi qızıl, bir fərdi bürünc və bir komanda qızılı olmaqla dörd medalla Azərbaycan millisinin ən çox mükafat qazanan gimnastı olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Futbol
Bu gün, 19:10

"Beşiktaş" səfərdə "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:05

“İmişli”də yeni müqavilə

Futbol
Bu gün, 19:05

La Liqa: “Barselona”dan möhtəşəm geridönüş - VİDEO

Cüdo
Bu gün, 18:45

200 cüdoçu beş dərəcə üzrə kəmər imtahanına qatıldı - FOTO

Futbol
Bu gün, 18:40

Camal Musiala yenidən huşunu itirdi

Futbol
Bu gün, 18:39

“Neftçi” “Naxçıvan”ı məğlub etdi

Futbol
Bu gün, 18:38

Araz-Naxçıvan

Futbol
Bu gün, 18:35

Şəmkir FK-nın prezidenti Adil Əliyev maliyyə dəstəyini tapa bilməyərək vəzifəsindən ayrılıb

Futbol
Bu gün, 18:05

"Araz-Naxçıvan" - "Neftçi" (1:3) — Videoicma

Futbol
Bu gün, 18:01

Mehman Allahverdiyev “Kəpəz”in qonağı oldu

Qarabağ FK
Bu gün, 17:56

“Xankəndi”nin futbolçuları Qarabağ Universitetində olublar - FOTO

Futbol
Bu gün, 17:48

Vernidub: "Araz-Naxçıvan" sonuncu yerə layiq deyil, komandamız daha çox qol vura bilərdi

Qarabağ FK
Bu gün, 17:45

Cəmi 2500 azarkeşin yadda saldığı "Sumqayıt" – "Sabah": "Qarabağ"ın mövqeyi və 0:4-übənzər məğlubiyyət

Futbol
Bu gün, 17:34

Mahir Emreli 76 dəqiqə oynadı, “Rakov” qələbə qazandı

Qarabağ FK
Bu gün, 17:31

Kəpəz"-"Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir

Qarabağ FK
Bu gün, 17:30

"Kəpəz" - "Qarabağ" - CANLI YAYIM

Futbol
Bu gün, 17:26

Yuventus 18 dəqiqədə dörd qol vurdu - VİDEO

Futbol
Bu gün, 17:20

Mahir Emreli "Rakov"un Polşa çempionatında "Vidzev"i 3:1 məğlub etdiği qarşılaşmada oynadı

Futbol
Bu gün, 17:20

"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

Oxşar xəbərlər