Portuqaliyalı futbolçu, Səudiyyənin "Əl-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda "Sportinq"lə "Mançester Yunayted" arasında keçirilən qarşılaşmanı tribunadan izləyib.
İdman.Biz xəbər verir ki, ulduz futbolçunun anası oğlunun sabiq komandalarının duelində Portuqaliya təmsilçisini dəstəkləyib.
Sosial şəbəkələrdə bəzi azarkeşlər Doloresin İngiltərə klubunun və Brunonun uğursuzluğuna şahid olmaq üçün xüsusi olaraq qarşılaşmaya gəldiyini iddia ediblər.

Lakin Ronaldunun ailəsini yaxından izləyənlər onun anasının uzun illərdir "Sportinq" azarkeşi olduğunu yaxşı bilirlər.
Qeyd edək ki, Kriştianu Ronaldu peşəkar futbolçu karyerasına "Sportinq"də başlayıb və 2003-cü ildə "Mançester Yunayted"ə keçib.
Xatırladaq ki, Lissabonda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
