top
Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir; Qol.az
Bu gün, 13:16
- ↺ +

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Yaxın keçmişdə Azərbaycanın əsas yığmasına o qədər legioner cəlb edilib ki, adlarını sayıb, indi tanımadığımız hansısa çempionatda oynadıqlarını araşdırmağa vaxt itirmək istəmirsən. Nə məşqçisindən Azərbaycan millisinə fayda gəldi, nə də futbolçusundan. Zamanında guya inkişaf adı altında həyata keçirilən bu proses əslində futbolumuza divan tutmaq idi. Ağrısını bu günə qədər də çəkirik. O legionerlər azərbaycanlı uşaqların yerini zəbt etmişdilər. Bu azmış kimi heç nəticə də yox idi... 

Düzdür, Ayxan Abbasovun gəlişindən sonra da hələlik böyük uğura nail olmamışıq, amma 45 yaşlı mütəxxəssis əsas millidə işlədiyi 1 il 2 ay ərzində nəzərə çarpan dəyişikliklər edə bilib. Onlardan biri və hamı tərəfindən etiraf olunanı futbolçuların mübarizə əzmi və komanda ruhunun formalaşdırılmasıdır. Əvvəlki illərlə müqayisədə indi milli daha istəkli, cəsarətli, mübariz görünür. Əlbəttə, hər şey ideal deyil, çatışmazlıqlar da var. Bu səbəbdən obyektiv tənqidlər təbii qəbul olunmalıdır. 

Ancaq müsbət məqamları görməzdən gəlmək də düzgün olmaz. Ayxan Abbasovun millinin son toplanışında U-21 yığmasından 7 futbolçunu əsas milliyə cəlb etməsi isə ən yaxşı məqamlardan biridir. Təəssüf ki, Abbasovun bu qətiyyətli addımı bəzən mediada və azarkeşlər tərəfindən görməzdən gəlinir.

Əslində millinin gəncləşdirilməsi dünya futbolunda normal haldır. Amma əcnəbi mütəxəssislərin dövründə millimizdə belə təcrübəyə rast gəlinmirdi. 

Yerli futbolçulara güvənmək, onlara məsuliyyət hissi aşılamaq futbolumuzun gələcəyi baxımından çox vacibdir. Bu cür addımları görəndə hiss edirsən ki, bu günün nəticəsi deyil, sabahın komandası düşünülür. Demək olar ki, milliyə cəlb olunan yeni, gənc oyunçuların hamısına Andorra ilə son yoxlama görüşündə şans verildi. Onlardan 20 yaşlı Eşqin Əhmədov isə hətta qol da vurdu.

Millimizin UEFA Millətlər Liqasının D Liqasında öz qrupunda birinci yeri tutmasına qulp qoyulması isə bir başqa dərddir. Guya başqa vaxt A, B və ya C liqasında yüksək yer tuturduq. İstənilən halda hər hansı bir yarışda birinci olmaq futbolçular üçün əlavə motivasiyadır. Təsəvvür edin ki, millimiz qrupda ikinci yeri tutur. Onda 1-ci ola bilmədiyi üçün böyük və haqlı qınaq atəşinə tutulacaqdı komanda. Birinci olmaq isə tamam başqa hissdir. 

Elə "Qarabağ"ın baş məşqçisi, Azərbaycan futbol tarixindəki ən böyük uğurların memarı olan Qurban Qurbanovun da açıqlamasında vurğuladığı kimi, birinciliyi dəyərləndirmək lazımdır. 

"Birinci yer elə birinci yerdir və bunu dəyərləndirmək lazımdır. İnsan məhz belə uğurlarla böyüyür. Çempion olmaq, birinci yeri tutmaq hər məşqçiyə və futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edəndə gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun" - deyə Q.Qurbanov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi.

Bəli, birinciliyə, öndə olmağa qiymət vermək lazımdır. Çünki indi komandaya ruh yüksəkliyi çox vacibdir. Hansısa qrupda birinci olmaq bütün hallarda komandaya əlavə motivasiyadır. Bəlkə də bunu futbolu kənardan izləyən sıravi azarkeş hiss etməyə bilər, amma bunun nə demək olduğunu idmançı, futbolçu yaxşı anlayır. 

Fərz edin ki, komanda D liqasında ikinci yeri tutmuşdu. Onda futbolçuların, məşqçi heyətinin psixoloji durumuna nə dərəcədə ciddi zərbə dəyəcəyini təsəvvür etmək çətin deyildi.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin jurnalistlərlə son görüşündə bildirdiyi kimi ki, kəskin geriləyən Azərbaycan millisi ən dibə düşüb və indi yuxarı qalxmaq lazımdır. Əlbəttə, komandanın bataqlığın içinə girməsi Ayxan Abbasovun günahı deyil. Səbəb yazının əvvəlində göstərilib. 

Bəli, UEFA Millətlər Liqasında D Liqası ən dibdir. Bu zirzəmidən yuxarı qalxmaq üçün isə addımlarımızı mərhələ-mərhələ atmalıyıq. Necə ki, illərdir qabağa getmək əvəzinə addım-addım geriləmişik. Odur ki, tullana bilmirsənsə, heç olmasa, addımlamağı bacarmalısan. 

Bu gedişatın bizi hara aparacağını, əlbəttə, zaman göstərəcək. Amma əsas odur ki, milli komandamızda bir işartı görünür. 

Yeni Azərbaycan millisi qurulur.

Və bu, artıq məhz milli komandadır, yığma komanda deyil....

ELNUR

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Futbol
Bu gün, 11:56

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarları və Xəyal Əliyevin potensialı

Futbol
Bu gün, 11:47

Sabah futbolçusu Rəhman Daşdəmirov Barselona qarşısında oyunu dəyərləndirdi

Oxşar xəbərlər