Ötən ay Azərbaycanda təşkil edilən U-15-lər arasında dünya çempionatı daha bir futbolçunun karyerasına təkan olub.
Futbolinfo.az xəbər verir ki, şimali irlandiyalı oyunçu Raylan Hini klubunu dəyişib.
Aşağı liq təmsilçisi "Bekles Taun"da çıxış edən Hini Çempionşip komandası "Norviç Siti" ilə anlaşıb. Müqaviləyə əsasən, futbolçu məktəbi bitirdikdən sonra "Norviç Siti"nin formasını geyinməyə başlayacaq.
Qeyd edək ki, Şimali İrlandiya yığması U-15-lərin dünya çempionatında 189 komanda arasında 27-ci yeri tutub.