Tennis üzrə İtaliya millisi Cənubi Koreyanı 2:1 hesabı ilə məğlub edərək Devis Kubokunun yarımfinalına yüksəlib.
İlk tək oyunda Lorenso Muzetti Hon Son Çandan 6:0, 7:6 hesabı ilə üstün olub. Daha sonra Flavio Kobolli Kvon Sun Uya 6:3, 6:7, 6:7) hesabı ilə uduzub. Həlledici cütlük görüşündə Matteo Berrettini və Andrea Vavassori Çun Hyon – Kvon Son U duetinə 7:6, 7:6 hesabı ilə qalib gəliblər.
İtaliya yarımfinalda Çexiya ilə qarşılaşacaq.
Qeyd edək ki, italiyalılar ötən il tarixlərində dördüncü, ardıcıl üçüncü dəfə Devis Kubokunun qalibi olublar.