Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan 2026/2027 mövsümünün sonunda Ukrayna klubundan ayrıla bilər.
QOL.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Viktor Vatsko özünün "Vatsko on Air" verilişində məlumat yayıb.
Türkiyəli mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Lakin tərəflər hələ də əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəlməyiblər.
"Şaxtyor" rəhbərliyi indidən gələcək baş məşqçi ilə bağlı variantları fəal şəkildə nəzərdən keçirməlidir. Yayda Turanın müqaviləsi başa çatır. Arda Turanın yeni müqavilə imzalamağa hazır olması barədə məlumatım yoxdur", – deyə Vatsko bildirib.
Xatırladaq ki, Arda Turan 2025-ci ilin iyulundan "Şaxtyor"a rəhbərlik edir.