"Napoli"nin qapıçısı Aleks Meret müqavilə müddəti başa çatdıqdan sonra klubu tərk edə bilər. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, müqavilənin uzadılması ilə bağlı danışıqlar hazırda dalana dirənib.
Vəziyyəti daha da çətinləşdirən məqam 29 yaşlı qapıçının zədələnməsidir. Meret məşq zamanı zədə alıb və sonrakı tibbi müayinə nəticəsində beşinci bel fəqərəsində sınıq aşkar edilib. Futbolçu artıq reabilitasiyaya başlayıb, lakin onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, Meret bu mövsüm Neapol təmsilçisinin heyətində 10 oyuna çıxıb, 18 qol buraxıb və iki matçda qapısını toxunulmaz saxlayıb.