top
Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Report.az
Bu gün, 13:09
- ↺ +

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Azərbaycan Güləş Federasiyasının (AGF) dəvəti ilə Yaponiyanın Nippon İdman Elmləri Universitetinin (NSSU) professoru Masamitsu İtonun iştirakı ilə güləş üzrə milli komandaların məşqçiləri və tibbi personalı üçün seminar təşkil olunub.

Bu barədə "Report"a AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Seminarda idmançıların hazırlıq prosesində müasir pedaqoji və psixoloji yanaşmaların tətbiqi, məşqçilərin peşəkar inkişafı, eləcə də yüksək nəticələrin əldə olunmasında şüurlu öyrənmə və özünüanaliz metodlarının rolu müzakirə edilib.

Masamitsu İto təqdimatında ənənəvi mühazirə əsaslı təlim metodlarından fərqli olaraq, məşqçi təhsilində interaktiv, praktiki və təhlilə əsaslanan yanaşmaların əhəmiyyətini vurğulayıb. O, Paris Yay Olimpiya Oyunlarının qızıl medalçılarının hazırlıq təcrübəsindən və bu istiqamətdə aparılmış elmi‑praktiki müşahidələrdən nümunələr təqdim edib.

Bildirilib ki, yüksək nəticələr əldə edən idmançıları fərqləndirən əsas xüsusiyyətlərdən biri onların məşq prosesinə şüurlu yanaşması, öz fəaliyyətlərini təhlil etməsi və qəbul etdikləri qərarların mahiyyətini dərk etməsidir. Bu baxımdan, gənc olimpiya çempionu Rey Hiquçinin təcrübəsi diqqətə çatdırılıb. Paris‑2024‑də 57 kq‑da qızıl medal qazanan sərbəst güləşçinin hər məşqdən sonra düşüncələrini və məşqçilərin qəbul etdiyi qərarları səs yazısı vasitəsilə qeydə alaraq təhlil etməsi özünüqiymətləndirmə və fərdi inkişaf üçün nümunə kimi təqdim olunub.

Seminarda məşqçinin müasir dövrdə dəyişən rolu da xüsusi vurğulanıb. Qeyd olunub ki, məşqçi yalnız texniki göstərişlər verən şəxs deyil, eyni zamanda idmançını müstəqil düşünməyə, düzgün qərarlar qəbul etməyə və öz səhvlərindən nəticə çıxarmağa istiqamətləndirən mentor olmalıdır. Bunun üçün idmançıya hazır cavablar təqdim etmək əvəzinə, düzgün suallar vasitəsilə onun təhlil və qərarvermə bacarıqlarının inkişafına şərait yaradılması vacibdir.

Tədbirin praktiki hissəsində iştirakçılar açıq və qapalı suallara əsaslanan interaktiv komanda oyunlarında iştirak ediblər. Bu çalışmalar vasitəsilə məşqçilərin ünsiyyət, sualvermə və idmançıları düşünməyə təşviq etmə bacarıqlarının inkişafına yönəlmiş metodlar əyani şəkildə nümayiş etdirilib.

Seminarın keçirilməsi Azərbaycan güləşində elmi yanaşmaların məşq prosesinə inteqrasiyası, məşqçi heyətinin beynəlxalq təcrübə ilə tanış olması və peşəkar biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 100‑dən artıq yaşı olan dünyanın qabaqcıl idman təhsil müəssisələrindən biri sayılan NSSU‑nun professorunun təcrübəsinin milli komandaların məşqçiləri və tibbi personalı ilə bölüşülməsi hazırlıq prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, idmançıların fərdi potensialının daha dolğun üzə çıxarılmasına və beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verəcək.

Azərbaycan Güləş Federasiyası bu kimi təşəbbüslərlə ölkə güləşində elmi‑praktiki biliklərin tətbiqini genişləndirməyi, beynəlxalq əməkdaşlığı gücləndirməyi və müasir tələblərə cavab verən məşqçi mühitinin formalaşdırılmasını hədəfləyir.

Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Futbol
Bu gün, 11:56

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarları və Xəyal Əliyevin potensialı

Futbol
Bu gün, 11:47

Sabah futbolçusu Rəhman Daşdəmirov Barselona qarşısında oyunu dəyərləndirdi

Digər
Bu gün, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Boks
Bu gün, 11:40

Keçmiş dünya çempionu Xorxe Linares 10 gün həbsdən azad edildi

Oxşar xəbərlər