Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.
İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi dörd idmançı təmsil edəcək.
Yarışda Tehran Məmmədov (60 kq), İsa Rüstəmov (71 kq), Ravin Əlməmmədov (79 kq) və Əli Şükürlü (110 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.