2026-cı ildə tennisçilərin turnirlərdən qazandıqları mükafat pullarının məbləği açıqlanıb.
Ümumi reytinqə 18,18 milyon dollar gəlirlə almaniyalı Aleksandr Zverev başçılıq edir. İkinci yerdə 12,55 milyon dollarla ispaniyalı Karlos Alkaras, üçüncü pillədə isə 11,61 milyon dollarla italiyalı Yannik Sinner qərarlaşıb.
Qadın tennisçilər arasında ən çox qazanan idmançı 11,3 milyon dollarla qazaxıstanlı Yelena Rıbakina olub. İlk onluqda Arina Sabalenka, Ben Şelton, Linda Noskova, Kori Qauff və Cessika Pequla da yer alıblar.