Misli Premyer Liqasında XII turun rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, turun ən yaxşı futbolçularından ibarət "11-liy"i "Sofascore" platforması müəyyənləşdirib.
Rəmzi komandada "Qarabağ", "Sabah", "Neftçi", "Turan Tovuz" və "Kəpəz"in hər birindən 2 futbolçu yer alıb. "Qəbələ" isə heyətdə 1 oyunçu ilə təmsil olunub.
Misli Premyer Liqasında XII turun rəmzi komandası:
Qapıçı: Martin Zlomisliç ("Qarabağ")
Müdafiəçilər: Bense Varkonyi ("Qarabağ"), Urfan Abbasov ("Kəpəz"), Elvin Bədəlov ("Neftçi")
Yarımmüdafiəçilər: Roberto Olabe ("Turan Tovuz"), Adama Fofana ("Kəpəz"), Qustavo Klisman ("Neftçi"), Ksander Severina, Aleksey İsayev (hər ikisi "Sabah")
Hücumçular: Jo Batista ("Turan Tovuz"), Meşak Uboçioma ("Qəbələ")