top
“Hazırkı heyət daha balanslıdır” Futbolinfo.az
Bu gün, 12:44
- ↺ +

“Hazırkı heyət daha balanslıdır”

"Yaxşı oyun alındı, rəqib də pis deyildi. "Araz-Naxçıvan" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, heç də zəif komanda deyil. Onların da öz məqsədləri var, bizim də. Hədəfimiz hər kəsə məlumdur – çempionluq uğrunda mübarizə aparırıq. Qələbə qazanmaq üçün meydana çıxmışdıq və istəyimizə çatdıq. Buna görə çox şadıq". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin futbolçusu Andrey Ştoqrin deyib.

Uzun fasilədən sonra əsas heyətdə meydana çıxan Ştoqrin bu fürsəti dəyərləndirmək üçün məşqlərdə daim çalışdığını və komandaya kömək etməyə hazır olduğunu bildirib: "Məşqlərdə hər zaman maksimum gücümlə çalışıram. Təkcə mən yox, hər bir futbolçu əsas heyətdə yer almaq üçün əlindən gələni edir. Bu, məşqçinin qərarıdır. "Araz-Naxçıvan"la görüşdə mənə belə bir imkan yaratdığı üçün ona təşəkkür edirəm. Mən də komandama kömək etmək üçün hər zaman əlimdən gələni edirəm".

Ukraynalı turnir cədvəlindəki liderliyi mövsümün sonuna qədər qorumaq istədiklərini bildirib. Yarımmüdafiəçi bu mövqenin komandada əlavə təzyiq yaratmadığını, əksinə, futbolçular üçün əlavə motivasiya olduğunu vurğulayıb: "Neftçi"nin hədəfi hər kəsə məlumdur. Ancaq hazırda bu barədə çox düşünmürük. Oyundan-oyuna irəliləyirik. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Liderliyimizi sona qədər qorumağa çalışacağıq. Hər hansı təzyiqdən söhbət gedə bilməz. Əksinə, bu amil bizi daha da motivasiya edir".

Cinah müdafiəçisi ilk dövrədə "Zirə"yə qarşı keçirdikləri görüşdəki məğlubiyyətdən nəticə çıxardıqlarını və növbəti qarşılaşmada qələbə qazanmağa çalışacaqlarını qeyd edib: "Yeganə məğlubiyyətimizi "Zirə"dən almışıq. Həmin görüşdə ümumiyyətlə, zəif çıxış etmişdik. Bu dəfə daha yaxşı oyun nümayiş etdirməyə və qələbə qazanmağa çalışacağıq".

Artıq üçüncü mövsümünü "Neftçi"də keçirən Ştoqrin hazırkı heyətin daha balanslı olduğunu düşünür. O, komandanın nəticələrinin də bunu təsdiqlədiyini bildirib: "Məncə, hazırkı heyət daha balanslıdır. Nəticələr də hər şeyi göstərir. Əlavə nəsə deməyə ehtiyac yoxdur. Düşünürəm ki, azarkeşlər, futbolçular, məşqçilər və rəhbərlik də hazırkı durumdan məmnundurlar".

GÜNAY SÜLEYMANOVA

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev 18,18 milyon dollar qazandı

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Futbol
Bu gün, 11:21

Poçettino üçün məhdud büdcə

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Oxşar xəbərlər