top
İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO Idman.biz
Bu gün, 11:13
- ↺ +

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

İspaniyanın "Barselona" klubunun Bakıya səfəri yerli futbol azarkeşlərinin böyük marağına səbəb olub. Kataloniya təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Sabah"la keçirəcəyi oyun ərəfəsində komandanın paytaxtda qarşılanması İspaniya mətbuatının da diqqətindən yayınmayıb.

İdman.Biz xəbər verir ki, kataloniyanın "Mundo Deportivo" nəşrinin klub nümayəndə heyəti ilə birlikdə Bakıya gələn xüsusi müxbiri Xoan Poki səfərlə bağlı ilk təəssüratlarını bölüşüb.

Jurnalistin sözlərinə görə, "Barselona" Bakıda böyük ehtiramla qarşılanıb. Komandanın təyyarəsi 4 saat 20 dəqiqəlik uçuşdan sonra Bakıya enib. Futbolçuları qarşılamaq üçün təxminən 400 azarkeş şəxsi reyslər üçün nəzərdə tutulan terminalda toplaşıb.

View this post on Instagram

Poki qeyd edib ki, sağ topuğundakı yüngül narahatlıq səbəbindən Barselonada qalan Lamin Yamalın yoxluğunda azarkeşlərin ən böyük marağı Rafinya, Pedri və Frenki de Yonqa, eləcə də baş məşqçi Hans-Diter Flikə olub.

Kataloniya klubunun nümayəndə heyətini məskunlaşdığı "Ritz-Carlton" hotelinin qarşısında da azarkeşlər qarşılayıblar. Onların arasında "Barselona"nın Bakı fan-klubunun üzvləri də olub. Jurnalistin müşahidəsinə görə, futbolçularla yanaşı, birgə foto çəkdirmək istəyənlərin ən çox maraq göstərdiyi şəxslərdən biri də klub prezidenti Joan Laporta olub.

"Mundo Deportivo" Azərbaycan "Barselona" azarkeşləri klubunun roluna da diqqət çəkib. 2017-ci ildə rəsmi status alan fan-klubun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. Təşkilat Bakıda müxtəlif ölkələrdən gələn kataloniyalı azarkeşləri bir araya gətirəcək.

Nəşrin məlumatına görə, Bakı Olimpiya Stadionunda Flikin komandasını müxtəlif ölkələrdən olan 41 fan-klubun 474 rəsmi qeydiyyatdan keçmiş üzvü dəstəkləyəcək.

Qeyd edək ki, Azərbaycan səfəri "Barselona" üçün tarixi xarakter daşıyır. Kataloniyalılar 3 970 kilometr məsafə qət etməklə Çempionlar Liqasında indiyədək ən uzaq səfərlərini reallaşdırıblar. Bununla da komanda 2009 və 2010-cu illərdə Rusiyanın "Rubin" klubu ilə oyunlar üçün Kazana etdiyi səfərlərdəki əvvəlki göstəricisini geridə qoyub.

Kataloniyanın digər nüfuzlu nəşri "La Vanguardia"nın xüsusi müxbiri Anais Marti Errero da Bakıdan ilk materiallarını yayımlamağa başlayıb. Jurnalist bildirib ki, "Barselona" rəhbərliyi Azərbaycana uçuş zamanı İspaniya çempionatının son turunda "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəldikləri matçda Fermin Lopesin qırmızı vərəqə almasına etiraz etmək qərarına gəlib.

Xatırladaq ki, "Sabah" - "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Əsas mərhələnin dörd turundan sonra doqquz xalı olan Kataloniya klubu turnir cədvəlinin beşinci, üç xala malik Azərbaycan təmsilçisi isə 31-ci pilləsində qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Oxşar xəbərlər