Fransa PSJ klubu Portuqaliya təmsilçisi “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qatmağa niyyətlidir.
“Report” “Record'a” istinadən xəbər verir ki, Paris təmsilçisinin marağına baxmayaraq 20 yaşlı vinger qış “transfer pəncərəsi”ndə Portuqaliya komandasını tərk etməyi planlaşdırmır.
Xviça Kvaratsxeliyanın və Dezir Duenin zədələnməsindən sonra Paris təmsilçisi hücumçu axtarışlarını davam etdirir.
Bununla yanaşı, “Benfika” Prestianni ilə müqavilənin müddətinin 2031-ci ilədək uzadılması ilə bağlı danışıqlar aparır. Hazırkı sözləşmənin müddəti isə 2029-cu ilə qədərdir və sərbəstqalma məbləği 100 milyon avro təşkil edir.
Qeyd edək ki, argentinalı futbolçu cari mövsümdə Portuqaliya təmsilçisinin heyətində bütün turnirlərdə 21 matça çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.