top
Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş Sportinfo.az
Bu gün, 12:20
- ↺ +

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

"Barselona" PSJ-nin və Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşi transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb.

Bildirilib ki, Kataloniya klubunun prezidenti Joan Laporta və idman direktoru Deku 24 yaşlı futbolçunu müdafiənin sol cinahını gücləndirmək üçün əsas namizəd hesab edirlər.

Nəşr yazır ki, "Barselona" rəhbərliyi Mendeşi Paris təmsilçisi ilə yeni müqavilə imzalamazdan əvvəl İspaniyaya keçməyə razı salmaq niyyətindədir.

Lakin PSJ-nin baş məşqçisi Luis Enrike portuqaliyalı futbolçunun komandadan ayrılmasına qəti şəkildə qarşı çıxır. O, klub prezidenti Nasser Əl-Xəlaifidən Mendeşin komandada saxlanılması üçün təcili addımlar atılmasını istəyib.

Məlumata görə, Paris klubu müdafiəçiyə illik 20 milyon avro maaş nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır. Bu halda Mendeş komandanın ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

Portuqaliyalı müdafiəçi ilə "Bavariya", "Liverpul", "Çelsi" və "Arsenal" da maraqlanır. "Canal+ Foot"un məlumatına əsasən, PSJ artıq Nunu Mendeş, Vitinya, Əşrəf Hakimi və Uorren Zair-Emeri ilə müqavilələrin 2032-ci ilədək uzadılması üçün danışıqlara başlayıb.

Mendeş 2021-ci ildə "Sportinq"dən icarə əsasında PSJ-yə keçib. Paris klubu 2022-ci ildə onun transfer hüquqlarını alıb. Futbolçu 2025-ci ilin fevralında müqaviləsini 2029-cu ilədək uzadıb.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev 18,18 milyon dollar qazandı

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Futbol
Bu gün, 11:21

Poçettino üçün məhdud büdcə

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO

Oxşar xəbərlər