Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiya idmançılarına qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Qərara əsasən, neytral status almayan rusiyalı idmançılar beynəlxalq yarışlarda iştirak edə bilməyəcəklər.
"Biz Rusiyanı daha da təcrid edirik. Onların Avropada keçirilən idman və mədəniyyət tədbirlərində iştirakına qapıları bağlayırıq. Rusiya bayrağı altında çıxış edən bütün komandalar və idmançılar üçün qadağa tətbiq edirik", – deyə fon der Lyayen bildirib.
Xatırladaq ki, daha əvvəl İsveç hökumətinin rusiyalı idmançıların ölkəyə girişinə qadağa qoyulmasına nail olmaq niyyətində olduğu bildirilmişdi.