top
Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama Apasport.az
Bu gün, 12:05
- ↺ +

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musialanın karyerasını başa vuracağı barədə yayılan şayiələrdən sonra Münhen təmsilçisinin rəhbərliyi açıqlama verib.

Apasport.az xəbər verir ki, son aylarda sağlamlıq problemləri ilə üzləşən 23 yaşlı yarımmüdafiəçinin futbolla vidalaşmağa hazırlaşdığı barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Lakin sonradan iddianın etibarlı mənbəyə əsaslanmadığı məlum olub.

"Bavariya"nın baş icraçı direktoru Yan-Kristian Dreezen Almaniyanın "Bild" nəşrinə müsahibəsində Musialanın vəziyyətinə münasibət bildirib:

"Musiala ilə bağlı artıq deyilməli olan hər şey deyilib. İndi ona vaxt verməli və futbol oynamasına imkan yaratmalıyıq. Cümə günü planlaşdırıldığı kimi meydana qayıtması məni çox sevindirdi. Ümid edirik ki, əvvəlki səviyyəsinə qayıdacaq".

Klub rəhbəri Musialanın əvvəlki formasını bərpa etmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb:

"Camalın sağalması və əvvəlki səviyyəsinə qayıtması üçün ona kifayət qədər vaxt vermək bizim borcumuzdur. Eyni zamanda, klub qarşısında da məsuliyyətimiz var. Uli Höness və Karl-Haynts Rummenige də fərqli şəkildə məhz bunu ifadə ediblər".

Dreezen komandanın baş məşqçisi Vensan Kompani və idman direktoru Maks Eberlin futbolçuya güvəndiyini də qeyd edib:

"Onların hər ikisi Camala inanır və onun əvvəlki formasını bərpa edəcəyinə əmindir. Biz də buna ümid edirik. Burada söhbət ilk növbədə insandan gedir. Hamımız onun sağlam və yenidən əvvəlki Musiala olmasını istəyirik".

Baş direktor futbolçunun gələcəyi ilə bağlı tələsik qərar verilməyəcəyini də bildirib:

"Vəziyyəti bir neçə aydan sonra yenidən qiymətləndirəcəyik. Camalın durumu iki ay meydanlardan uzaq qalan digər futbolçulardan fərqlənmir. Ona qayıtmaq üçün vaxt lazımdır. İndidən nəticə çıxarmaq düzgün deyil".

Qeyd edək ki, Musiala 2026-cı ilin avqustunda iki dəfə huşunu itirdikdən sonra onda nevroloji pozuntu aşkarlanıb. Mətbuatda futbolçunun qısa müddətli şüur itkisi ilə müşayiət olunan absans tutmalarından əziyyət çəkdiyi bildirilir. Bundan başqa, sentyabrda Almaniya millisinin düşərgəsində sağ bud əzələsindən zədə alan yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan uzaq qalıb. O, noyabrın 20-də "Köln"lə keçirilən Bundesliqa matçında (1:1) meydana qayıdıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

PSJ-nin ulduzunu transfer etmək istəyir - “Barselona”

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev hamıdan çox qazanıb

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Futbol
Bu gün, 11:21

Poçettino üçün məhdud büdcə

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Oxşar xəbərlər