top
“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər Apasport.az
Bu gün, 12:30
- ↺ +

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Azərbaycan çempionatının 2026/2027 mövsümündə "Qarabağ"ın qolsuzluq seriyası davam edir.

Misli Premyer Liqasının XII turunda səfərdə "Kəpəz"lə qolsuz heç-heçə edən Ağdam təmsilçisi ardıcıl dördüncü çempionat oyununda rəqib qapısına yol tapa bilməyib.

Apasport.az xəbər verir ki, bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv klub tarixinin qolsuzluq antirekordunu təkrarlayıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında "Qarabağ" daha əvvəl cəmi iki dəfə ardıcıl dörd qarşılaşmanı qol vurmadan başa vurub. Bu hallar 2007 və 2009-cu illərdə qeydə alınıb.

İlk antirekord – Rasim Kara dönəmi

Ağdam təmsilçisinin tarixində ilk dörd oyunluq qolsuzluq seriyası 2007-ci ilə təsadüf edib. Türkiyəli mütəxəssis Rasim Karanın rəhbərlik etdiyi kollektiv 2006/2007 mövsümünü qələbə ilə başa vursa da, növbəti çempionata uğursuz başlayıb.

2007-ci il mayın 23-də "MKT-Araz"la qarşılaşmanın 26-cı dəqiqəsində Vaqif Cavadovun vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb. Lakin Ağdam klubu növbəti mövsümün ilk dörd turunda nə qol vura, nə də xal qazana bilib.

23.05.2007

Qarabağ (Ağdam) - MKT-Araz (İmişli)

1:0

11.08.2007

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

1:0

18.08.2007

Qarabağ (Ağdam) - Karvan (Yevlax)

0:1

26.08.2007

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

01.09.2007

Masallı - Qarabağ (Ağdam)

1:0

16.09.2007

Qarabağ (Ağdam) - ABN-Bərdə

3:1

Qolsuzluq seriyasına isə sentyabrın 16-da "ABN-Bərdə" ilə keçirilən qarşılaşmada son qoyulub. Maraqlıdır ki, seriyadan əvvəl sonuncu dəfə fərqlənən Vaqif Cavadov qolsuzluğa son qoyan futbolçu olub. Hücumçu 51-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qarşılaşma "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki mövsümü əhatə edən qolsuzluq seriyası 474 dəqiqə davam edib.

Qurban Qurbanovun debüt mövsümündə antirekord

"Qarabağ" tarixində ikinci belə uğursuzluq 2008/2009 mövsümündə yaşanıb. Həmin mövsüm Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi debüt mövsümü olub.

2009-cu il fevralın 21-də səfərdə "Olimpik"lə qarşılaşmanın 23-cü dəqiqəsində Zaur Ramazanovun vurduğu qol "Qarabağ"a qələbə qazandırıb – 1:0.

Bundan sonra Ağdam təmsilçisi ardıcıl dörd qarşılaşmada rəqib qapısına yol tapa bilməyib.

21.02.2009

Olimpik (Bakı) - Qarabağ (Ağdam)

0:1

28.02.2009

Qarabağ (Ağdam) - Standard (Bakı)

0:1

07.03.2009

Bakı - Qarabağ (Ağdam)

2:0

15.03.2009

Qarabağ (Ağdam) - Qəbələ

0:0

22.03.2009

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

0:0

05.04.2009

Qarabağ (Ağdam) - Turan (Tovuz)

4:2

Uğursuz seriyaya aprelin 5-də "Turan"la keçirilən qarşılaşmada makedoniyalı futbolçu Artim Şakiri son qoyub. O, görüşün 58-ci dəqiqəsində fərqlənib. Matç "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu dəfə qolsuzluq müddəti 484 dəqiqəyə çatıb. Bununla da 2007-ci ildə qeydə alınan göstərici 10 dəqiqə üstələnib.

17 il sonra təkrarlanan ssenari

"Qarabağ" 17 ildən sonra yenidən eyni vəziyyətlə üzləşib. Klub tarixində üçüncü dəfə qeydə alınan dörd oyunluq qolsuzluq seriyası da Qurban Qurbanovun rəhbərliyi altında yaşanır.

Ağdam təmsilçisi Azərbaycan çempionatında sonuncu dəfə oktyabrın 17-də "Neftçi" ilə keçirilən qarşılaşmada fərqlənib. 3:3 hesabı ilə yekunlaşan görüşün 90+4-cü dəqiqəsində Kadi Borqes rəqib qapısına yol tapıb.

Həmin qarşılaşmadan sonra "Qarabağ"ın hücum xətti dörd oyunda susub. Hazırda Ağdam klubunun qolsuzluq müddəti 361 dəqiqəyə bərabərdir.

17.10.2026

Qarabağ (Ağdam) – Neftçi (Bakı)

3:3

25.10.2026

Sabah (Bakı) – Qarabağ (Ağdam)

0:0

31.10.2026

Qəbələ - Qarabağ (Ağdam)

0:0

06.11.2026

Qarabağ (Ağdam) – Turan Tovuz

0:1

22.11.2026

Kəpəz (Gəncə) – Qarabağ (Ağdam)

0:0

Üç antirekord – üç fərqli mənzərə

Hər üç seriyada "Qarabağ" ardıcıl dörd qarşılaşmada qol vura bilməsə də, nəticələr baxımından fərqli göstəricilər qeydə alınıb.

2007-ci ildə Ağdam təmsilçisi bütün oyunlarda məğlub olub. 2009-cu ildə iki heç-heçə ilə kifayətlənən kollektiv bu dəfə üç xal qazanmağı bacarıb.

Göstərici

2007

2008

2009

Oyun

4

4

4

Qələbə

0

0

0

Heç-heçə

0

2

3

Məğlubiyyət

4

2

1

Top fərqi

0:5

0:3

0:1

Xal

0

2

3

Qolsuzluq müddəti

474 dəqiqə

484 dəqiqə

361 dəqiqə

34 illik tarixdə yaşanmayan hadisə bir oyun uzaqlığındadır

Hazırkı qolsuzluq müddəti dəqiqə baxımından əvvəlki iki göstəricidən geri qalsa da, ardıcıl qolsuz oyunların sayına görə klubun antirekordu artıq təkrarlanıb.

İndiyədək Azərbaycan çempionatları tarixində heç vaxt ardıcıl beş qarşılaşmanı qol vurmadan başa vurmayan "Qarabağ" yeni antirekordun bir addımlığındadır.

Ağdam təmsilçisi növbəti çempionat oyununda da fərqlənə bilməsə, klubun 1992-ci ildən bu günədək Azərbaycan çempionatlarında qeydə alınan ən uzun qolsuz oyunlar seriyası müəyyənləşəcək.

Mütləq antirekorda 123 dəqiqə qalıb

Ardıcıl qolsuz oyunların sayına görə klub tarixinin antirekordunu təkrarlayan "Qarabağ" hələ dəqiqə baxımından ən uğursuz göstəriciyə çatmayıb.

Hazırda 361 dəqiqədir rəqib qapısına yol tapa bilməyən Ağdam təmsilçisinin 2007-ci ildəki göstəricini (474 dəqiqə) təkrarlamasına 113, 2009-cu ildə müəyyənləşən mütləq antirekorda (484 dəqiqə) çatmasına isə 123 dəqiqə qalıb.

"Qarabağ" növbəti turda da fərqlənə bilməsə, qolsuzluq müddəti 451 dəqiqəyə çatacaq. Bundan sonrakı qarşılaşmanın ilk 33 dəqiqəsində də qol vurulmasa, klub tarixinin dəqiqə baxımından qolsuzluq antirekordu təkrarlanacaq. 34-cü qolsuz dəqiqə isə yeni antirekordun qeydə alınması demək olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev 18,18 milyon dollar qazandı

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Futbol
Bu gün, 11:21

Poçettino üçün məhdud büdcə

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Oxşar xəbərlər