top
Naxçıvanda daha 11 yerdə açıq hava idman qurğuları quraşdırılacaq Idman.biz
25 iyun 2025, 16:36
- ↺ +

Naxçıvanda daha 11 yerdə açıq hava idman qurğuları quraşdırılacaq

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində ötən ilin sonlarında Naxçıvan şəhərinin müxtəlif ərazilərində, 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Emil Səmədov deyib.

O bildirib ki, Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, həmin infrastruktur layihəsinin icrası ilə əlaqədar bu ilin sonunadək daha 11 yerdə olmaqla, muxtar respublikanın bütün rayonlarında idman qurğuları quraşdırılacaq: "Konkret desək, Şərur və Ordubad şəhərlərinin hər birində 2, Babək, Culfa və Şahbuz şəhərlərinin hər birində 1, o cümlədən Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin hər birində 1 yerdə açıq hava idman qurğuları quraşdırılacaq. Əsas hədəflərdən biri də bütün bölgələrdə bərabər idman imkanları yaratmaqdır. Artıq yerli icra hakimiyyətləri ilə razılaşma əsasında ərazilər müəyyənləşdirilib, layihələndirmə və ilkin qiymətləndirmə aparılaraq dövlət satınalması proseduru başlayıb. Prosesin gedişatına uyğun olaraq, inşaat işlərinin iyul ayının sonlarında başlanması nəzərdə tutulub".

"Hesab edirik ki, dövlətimizin birbaşa həyata keçirdiyi və yaxından dəstək olduğu bu layihələr muxtar respublikanın idman mühitinə əlavə dəyər qatacaq, bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, ümumilikdə əhalinin sağlam həyat tərzinə sövq edilməsinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə olacaq" - deyə Emil Səmədov əlavə edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər