Bakıda keçirilən "Sabah" - "Barselona" matçında azarkeşlərin stadiona girişində çətinliklər yaranıb.
Oxu.Az xəbər verir ki, elektron bilet sistemində yaranan texniki problem səbəbindən bəzi azarkeşlər Bakı Olimpiya Stadionuna daxil olmaqda çətinlik çəkiblər.
Nəticədə stadionun girişində sıxlıq yaranıb, biletləri olan bəzi futbolsevərlər qarşılaşmanın başlanmasına baxmayaraq, tribünə keçə bilməyiblər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşması saat 21:45‑də başlayıb.