Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından İsveçrə Federal Məhkəməsinə şikayət edib.
Oktyabrın 30-da CAS IIHF-yə Rusiya yığmalarının beynəlxalq yarışlarda iştirakına icazə verməyi öhdəlik qoyub. Lakin federasiya sonradan bu qərardan şikayət edib. Bildirilib ki, işə baxan üç hakimdən ikisinin Rusiya ilə açıqlanmamış biznes əlaqələri olub.
Hakimlər kollegiyasının rəhbəri, italiyalı Culio Palermo bu ilin sentyabrın 21-dən 27-dək Moskvada keçirilən Rusiya Beynəlxalq Arbitraj Konqresində iştirak edib. Misirli İsmail Səlim isə 2025-ci ilin mayında Rusiyanın paytaxtında analoji tədbirə qatılıb. Hər iki hakim 2026-cı ilin oktyabrında Rusiyanın yarışlara buraxılması ilə bağlı işə təyin olunub.
IIHF-nin açıqlamasında bildirilib ki, şikayət arbitraj məhkəməsinin iki hakiminin müstəqilliyi və qərəzsizliyi ilə bağlı şübhələrə əsaslanır.
"Qərarın əhəmiyyətini və beynəlxalq hokkeyə təsirini nəzərə alaraq, IIHF işi İsveçrə Federal Məhkəməsinə təqdim etməyi zəruri hesab edir", – deyə federasiyanın bəyanatında qeyd olunub.