Şəki Olimpiya İdman Kompleksində "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq Hüquqları Məktəbi" düşərgəsi keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 18-dən 22-dək keçirilən düşərgədə ölkənin müxtəlif regionlarından olan məktəblilər və Uşaq Səfirlər Məclisinin üzvləri iştirak ediblər.
Düşərgənin məqsədi uşaq hüquqları barədə maarifləndirmə, sağlam həyat tərzinin təşviqi, psixoloji dəstək və komanda işi bacarıqlarının inkişaf etdirilməsi olub.
Proqram çərçivəsində interaktiv təlimlər, simulyasiya və "axtar-tap" oyunları, idman və intellektual yarışlar təşkil edilib.
İştirakçılar, həmçinin Şəki Xan Sarayı, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu və Karvansarayla tanış olublar.
Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.