İngiltərənin "Çelsi" futbol klubunun fransalı müdafiəçisi Malo Qusto Premyer Liqanın üç aparıcı komandasının diqqətini çəkib.
İdman.Biz jurnalist Ekrəm Konura istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun vəziyyətini "Mançester Siti", "Mançester Yunayted" və "Liverpul" izləyirlər.
Fransalı müdafiəçinin cari mövsümdə nadir hallarda start heyətində yer almasına baxmayaraq, London klubunun rəhbərliyi onun satışında maraqlı deyil. "Çelsi" futbolçunu 75 milyon funt sterlinq (təxminən 90 milyon avro) dəyərində qiymətləndirir.
Qüstonun transferinə əsas namizəd "Mançester Siti" hesab olunur. Komandanın baş məşqçisi Enzo Mareska "Çelsi"də birgə çalışdığı futbolçunun imkanlarına yaxşı bələddir.
Qeyd edək ki, "Transfermarkt" portalı sağ cinah müdafiəçisinin bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.