Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləyənlər arasında olub.
İdman.Biz xəbər verir ki, nazir sosial şəbəkə hesabında stadiondan foto paylaşıb.
Fərid Qayıbov paylaşımına "We are Sabah" ("Biz Sabahıq" - red) sözlərini əlavə edərək Azərbaycan çempionuna dəstəyini ifadə edib.

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.