top
Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar' Idman.biz
Bu gün, 00:13
- ↺ +

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Sabah" üzərində qazanılan qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında Azərbaycan çempionuna qarşı mübarizənin asan olmadığını vurğulayıb.

"Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, "Sabah"ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi", - deyə Flik bildirib.

Baş məşqçi nəticədən razı qalsa da, futbolçularının yol verdikləri səhvləri tənqid edib.

"Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq".

Flik komandasının ikinci hissənin əvvəlində yüksək intensivlik nümayiş etdirməsini və qısa müddətdə ardıcıl üç qol vurmasını isə müsbət qiymətləndirib.

Hans-Diter Flik "Sabah" kollektivi barədə müsbət fikirlər səsləndirib:

"Xüsusilə "Sabah" haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. "Sabah"a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Futbol
Dünən, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Dünən, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Dünən, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Dünən, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Dünən, 22:26

Sabah – Barselona matçında stadion girişində texniki problem

Futbol
Dünən, 22:22

Valensiya, Arsenal qapıçısı Kepa Arrizabalayı transfer üçün araşdırır

Futbol
Dünən, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Dünən, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Dünən, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Futbol
Dünən, 22:00

Juventus Bruno Fernandesi azad agent olmasını gözləyir

Futbol
Dünən, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Oxşar xəbərlər