İtaliya klubu "Roma"nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti statusundan və maddi imkanlarından istifadə edən insanlar haqqında danışıb.
Sportify.az xəbər verir ki, o, bu barədə İtaliya mətbuatına danışıb.
"Karyeramın zirvəsində olduğum vaxt kimlər məndən istifadə edirdi? Heç vaxt bunu gözləmədiyin insanlar – ailə üzvləri, dostlar və qohumlar. Çoxları mənim hesabıma yaşayırdı.
Zaman keçdikcə yollarınız ayrılır və əslində nələrin baş verdiyini anlamağa başlayırsan. Hər şeyi geri qaytarmaq imkanım olsaydı, eyni səhvi təkrarlamazdım" – deyə Totti bildirib.