Hazırda İspaniya “Barselona”sında çıxış edən İngiltərə millisinin futbolçunun Bakıdakı Çempionlar Liqasında qollarının sayı 5-ə çatıb.
Sportify.az xəbər verir ki, 25 yaşlı hücumçu bu ilin fevralında İngiltərə “Nyukasl”ının heyətində “Qarabağ”a qarşı pley-off mərhələsinin ilk matçında 4 dəfə fərqlənib.
Bu dəfə isə Qordon “Barselona”nın heyətində “Sabah”a qarşı Liqa mərhələsinin V tur matçının 31-ci dəqiqəsində hesabı açıb.
Beləliklə, o, Kataloniya komandasının səfərdə keçirdiyi son 3 oyunda 2-ci qolunu vurub.
Qeyd edək ki, “Sabah”la qarşılaşmada qol epizodunu Kərim Adeyemi yaradıb. Sağ cinahdan cərimə meydançasına daxil olan futbolçu rəqib müdafiəçilərini keçərək qapı qarşısına ötürmə verib. Qapıçı Stas Pokatilov topu dəf etsə də, Qordon qayıdan topu yerə zərbə ilə qapıdan keçirib.