La Liqa noyabr ayının ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.
Sportify.az xəbər verir ki, İspaniya çempionatının rəsmi sosial şəbəkə hesabında dərc olunan siyahıda beş futbolçu yer alıb.
Namizədlər:
Cud Bellinqem ("Real Madrid")
Lamin Yamal ("Barselona")
Xulian Alvares ("Atletiko")
Anxel Fortunyo ("Espanyol")
Yassir Zabiri ("Rasinq")
Mükafatın qalibi La Liqanın platformasında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
Noyabr ayında namizədlərin statistikası belə olub:
Cud Bellinqem: 3 oyun, 2 qol.
Lamin Yamal: 3 oyun, 2 qol, 3 məhsuldar ötürmə.
Xulian Alvares: 2 oyun, 3 məhsuldar ötürmə.
Anxel Fortunyo: 2 oyun, qapısını toxunulmaz saxlayıb.
Yassir Zabiri: 3 oyun, 3 qol, 1 məhsuldar ötürmə.