"Asiya Çempionlar Liqası-2"nin "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) – "Gohar" (İran)matçının baş hakimi Hənna Xəttab fasilədə ehtiyat hakimlə əvəzlənib.
Sportify.az xəbər verir ki, buna səbəb onun oyunu sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı şübhələr olub. Bu barədə "Varzesh3" məlumat yayıb.
Qarşılaşmanın ilk hissəsində hakim meydanın mərkəzində qayda pozuntusuna görə BƏƏ təmsilçisinin qapıçısına sarı vərəqə göstərib. Halbuki həmin vaxt qapıçı ümumiyyətlə bu ərazidə olmayıb.
"Gohar" klubu hakimin dəyişdirilməyəcəyi təqdirdə ikinci hissəyə çıxmayacağını bildirib. Təşkilatçılar komandanın tələbini qəbul edərək fasilədə hakim dəyişikliyi ediblər.
Qeyd edək ki, hakimin sərxoş olması ilə bağlı məlumat hələlik şübhə kimi təqdim olunur.