top
İdman Bürcü: Həftəlik Astroloji İdman Proqnozu Idman.biz
29 iyun 2025, 16:59
- ↺ +

İdman Bürcü: Həftəlik Astroloji İdman Proqnozu

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçların bu həftə işlə bağlı bir qədər sıxıntıları olacaq. Lakin bu, tezliklə həllini tapacaq. Çevrənizdəki insanların köməyinə ehtiyacınız olacaq. Onlara güvənməyiniz mütləqdir. Şəxsi həyatınızda qarşılaşacağınız məqamlar əhvalınızı yaxşılaşdıracaq. Tanımadığınız bir şəxslə tanışlıq gözlənilir, bundan sonra çox şey öz yerinə düşəcək. Həftəsonu gözlədiyiniz vacib xəbəri alacaqsınız. Şahmat, futbol, aykido və basketbolda nailiyyətlər qaçılmazdır.

Buğa
Həftə ərzində Buğakar çox enerji olacaqlar. Lakin, bir qədər dağınıq düşüncələrə qərq olmaq ehtimalınız var. Əsas hədəflərinizə diqqət yetirin və bunun bəhrəsini görəcəksiniz. Maliyyə məsələlərində böyük gəlirlər gözlənilir. Buna baxmayaraq, kortəbii alış-verişlərdən çəkinin: peşmançılıq riski yüksəkdir. Həftəsonu axşam saatlarında planlaşdırmadığınız xoş görüş olacaq. Kamandan oxatma, futbol, şahmat və karate ilə məşğul olanlar yeni uğurlara imza atacaq.

Əkizlər
Bu həftə Əkizlərin şəxsi həyatında müsbət dəyişikliklər gözlənilir. Qısa bir səfər və ya işlə bağlı təkliflər ala bilərsiniz, imtina etməyin. İş yerində lazımsız söhbətlərdən yayının, özünüzü başqasının münaqişəsinə cəlb edə bilərsiniz. Romantik sferada uğurlar əldə edəcəksiniz, sadəcə bir qədər təşəbbüs göstərinMaddi durumunzda yüksəlişlər qaçılmazdır. Futbol, basketbol və voleybolçular üçün xoş sürprizlər gözləniləndir.

Xərçəng
Bu həftə Xərçənglər çoxdan başladığı işi başa çatdırmaq şansı qazanacaqlar. Bu, xüsusilə məişət və əmlak məsələlərinə aiddir. Bəlkə də gözlənilməz bir mənbədən dəstək alacaqsınız. Ailə münasibətləri ön plana çıxacaq. Yaxınlarınıza qarşı diqqətinizi artırmaq tövsiyə edilir. Onlara güvənməyiniz mütləqdir. Həftəsonu istirahətinizə vaxt ayırın. Tennis, atletika, güləş, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün düşərli həftədir.

Şir
Şirləri bu həftə xüsusilə biznes sahəsində gərgin anlar gözləyir. Maliyyə məsələlərindəki azalmalar yenidən büdcəyə baxılmasını tələb edə bilər. Təşəbbüskar olmalısınız, bu zaman təklifləriniz eşidiləcək. Dostlarla münasibətlərdə qısqanclıq və ya rəqabət səbəbindən gözlənilməz münaqişələr mümkündür. Daha səxavətli olmağa çalışın. Stolüstü tennis, şahmat, boks və badmintonla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Qız
Həftənin əvvəlində sakit qalmaq Qızlar üçün çətin olacaq. Üzləşdiyiniz şərait sizdən cəld qərarlar verməyi tələb edəcək. Bununla belə, həftəsonuna yaxın vəziyyət sabitləşəcək. Lazımsız şeylərdən yaxa qurtarmaq üçün münasib imkanlar açılacaq, yetər ki, cəsarətli addım atasınız. Qürurunuz sizə əksini söyləsə belə, yaxınlarınızın köməyindən imtina etməyin. Futbol, atletika, atçılıq, badminton, üzgüçülük və güləş növləri ilə məşğul olanları bol şanslar gözləyir.

Tərəzi
Həftə Tərəzilər üçün ünsiyyət, danışıqlar, köhnə əlaqələrin bərpası üçün əlverişlidir. Sizə öz peşənizlə bağlı əməkdaşlıq təklif oluna bilər, lakin bundan imtina etməyin. Sənədlərə və öhdəliklərə diqqət yetirin - anlaşılmazlıq problemə çevrilə bilər. Sevgidə yeni tanışlıqlar mümkündür. Həftəsonu istirahətinizi ailənizlə birlikdə keçirməyiniz tövsiyə edilir. Bədii gimnastika, şahmat, üzgüçülük, su polosu, cüdo və güləşçiləri xoş müjdələr gözləyir.

Əqrəb
Əqrəblər bu həftə nəyisə dəyişmək üçün köməyə ehtiyacları olacaq. Ola bilsin ki, söhbət bir peşə, həyat tərzi və ya mühitdən gedir. Tələsməmək vacibdir - intuisiyanız sizə hərəkət üçün uyğun anı bildirəcək. Gözlənilməz mənbələrdən pul gələ bilər, ancaq onu dərhal xərcləməməlisiniz. Həftənin günlərindən biri ürəyinizcə olacaq, buna hazır olun. Qaçış, avarçəkmə, qılıncoynatma, velosiped və atıcılıq idmanında uğurlar vəd edilir.

Oxatan
Oxatanlar üçün bu həftə özlərini təsdiq etmək üçün əlverişli zamandır. Ətrafdakıların diqqətini çəkəcəksiniz. Rəsmi şəxslərlə görüşlər gözlənilir. Bu zaman fikirlərinizi bölüşmək şansını qaçırmayın. Sevgi sferasında planlarınızı dəyişə biləcək etiraflar mümkündür. Dəvət olunacağınız tədbirlərə vaxtında çatmağa çalışın. Vaxt itkisi perspektivlərinizə ziyan yetirə bilər. Futbol, həndbol, şahmat, güləş və karate idman növlərində güclərini sınayanlar bol-bol uğurlarla qarşılaşacaq.

Oğlaq
Həftə ərzində Oğlaqlar özlərini yalnız hiss edəcəklər. Dəyərlərin yenidən qiymətləndirilməsi, meditasiya, özünüzlə dərin söhbətlər üçün əlverişli zamandır. İş həftəsi yorucu görünə bilər, amma sonunda layiqli təsdiq alacaqsınız. Nəqliyyat vasitələriniidarə edərkən diqqətli olun - kiçik nasazlıq riski var. Təxirə saldığını işləri yenidən nəzərdən keçirmək tövsiyə edilir. Fərdi idmanla məşğul olanlar, əsasən də karate, cüdo və güləşçilər üçün uğurlu başlanğıc olacaq.

Dolça
Dolçalar üçün həftə yeni ideya və təkliflərlə zəngin olacaq. Bir yerdə oturmaq sizin üçün çətin olacaq, dəyişikliklər istəyəcəksiniz. Şəxsi həyatınızda keçmişlə gələcək arasında seçim mümkündür. Cansıxıcı şeylərdən qurtulmaqda cəsarətli olun. Həftəiçi qərarlarınıza təsir edəcək bir şəxslə təsadüfi görüş gözlənilir. Enerjili olmağa çalışın: daha çox idman və yaradıcılığa üstünlük verin. Güləş, futbol, həndbol və voleybol idman növlərinə həvəs göstərənlər üçün bol şanslar vəd olunur.

Balıqlar
Bu həftə Balıqlar daha çox özlərinə qapılacaq. Düşüncələrinizə inanın, lakin addım atarkən tələskənliyə yol verməyin. Xatirələrinizə həkk etdiyiniz bir şəxslə görüşmək imkanınız olacaq. Maliyyə baxımından daha diqqətli olmalısınız - xüsusən də kredit məsələsində. Həftənin ortası yeni işlərə başlamaq üçün əlverişlidir. Lakin ətrafdakı insanlara planlarınızın detallarını açıqlamayın, bu işin ziyanına ola bilər. Futbol, basketbol, voleybol və həndbol növləri ilə məşğul olan idmançıları uğurlar gözləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər