top
İdman Bürcü: 16-22 İyun Həftəsi Üçün Astroloji Proqnoz Idman.biz
15 iyun 2025, 12:00
- ↺ +

İdman Bürcü: 16-22 İyun Həftəsi Üçün Astroloji Proqnoz

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə daxili gücünüz artacaq. Yeni qərarlar vermək, addım atmaq üçün münasib vaxtdır. Amma hər şeyi birdən etməyin – səbirli və təmkinli olun. Dostlarla və ailənizlə daha çox vaxt keçirmək sizə motivasiya verəcək. Pul məsələlərində ehtiyatlı olun, plan quraraq xərcləyin. Basketbol, futzal, güləş və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Buğa
Həftənin əvvəlində bir az yorğunluq hiss edə bilərsiniz. Özünüzə istirahət üçün vaxt ayırın. Maliyyə baxımından gözlənilməz fürsətlər çıxa bilər. Sevgi həyatınızda sakitlik və harmoniya hökm sürəcək. Çoxdan görmədiyiniz yaxınızla görüşmək imkanı olacaq. Velosiped, qılıncoynatma, avarçəkmə, qaçış və atıcılıq idmanında nailiyyətlər gözlənilir.

Əkizlər
Danışıqlar aparmaq və fikir paylaşmaq üçün əla həftədir. Yeni tanışlıqlar, maraqlı söhbətlər gözlənilir. İşdə və evdə fikrinizi cəmləməyə çalışın, dağınıqlığa yol verməyin. Maddi durumunuzda irəliləyişlər qaçılmazdır. Qısa səfərlər və ya gəzintilər ruhunuzu dincəldəcək. Şahmat, stolüstü tennis, boks və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Xərçəng
Bu həftə duyğular daha da dərinləşə bilər. Hisslərinizi gizlətməyin, paylaşmaq sizə rahatlıq gətirəcək. Ailənizlə bağlı xoş xəbərlər gözlənilir. Ən yaxın dostlarınızdan biri ilə təmasınız dərinləşəcək, lakin diqqətli olun. Karate, şahmat, güləş və voleybol idman növlərində bol-bol uğurlar vəd edilir.

Şir
Özünüzü daha güclü və inamlı hiss edəcəksiniz. Planlarınızı həyata keçirmək üçün doğru zamandır. İnsanlar fikirlərinizi dinləmək istəyəcək. Onlara sözlərinizlə təsir edə bilərsiniz. Sevgi sahəsində sürprizlər gözlənilir. Güləş, futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Qız
Bu həftə diqqət və məsuliyyət ön planda olacaq. İşlərdə dəqiqlik tələb olunur. Hər şeyə tək başına yetməyə çalışmayın, yardım istəməkdən çəkinməyin. Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər. Həftəsonu özünüzə daha yaxşı qulluq edin. Basketbol, həndbol, stolüstü tennis və voleybol növlərində uğurlar gözlənilir.

Tərəzi
Bu həftə daha çox daxili balansı tapmaq istəyəcəksiniz. Hər kəslə razılaşmayın, öz fikrinizə sahib çıxın. Yaradıcı fəaliyyətlə məşğul olmaq ruh halınızı yüksəldə bilər. Sevgi münasibətlərində sakit və xoş günlər gözlənilir. Sambo, tennis, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Əqrəb
Həftə ərzində duyğularınızın əsirinə çevriləcəksiniz. Kiməsə qarşı hiss etdiyiniz məqamları açıq şəkildə demək istəyəcəksiniz. İşdə daha məhsuldar ola bilərsiniz. Yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Bir az təklik istəyə bilərsiniz ki, bu da sizə yaxşı təsir edəcək. Üzgüçülük, qaçış, atsürmə və güllə atıcılığı növlərində uğurlar bol olacaq.

Oxatan
Yeni yerlər, yeni fikirlər diqqətinizi cəlb edəcək. Səyahət və ya öyrənmək üçün əla həftədir. Həyata daha nikbin baxacaqsınız. Ancaq bəzən həddindən artıq optimist olmayın, reallığı düşünün. Sevgi həyatında dürüst olmağa çalışın, bəhrəsini görəcəksiniz. Həndbol, güləş, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd edilir.

Oğlaq
Bu həftə plan və qaydalara diqqət etməlisiniz. Qarşıya çıxan fürsətləri düzgün dəyərləndirin. Maddi məsələlərdə sabitlik gözlənilir. Daxili gücünüzlə çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Hər addımınız uğurla nəticələnəcək. Avarçəkmə, cüdo, güləş, futzal və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Dolça
Bu həftə fərqli fikirlər və orijinal planlarla önə çıxacaqsınız. İnsanlar sizə maraq göstərə bilər. Ətrafdakı insanlardan biri ilə daha yaxın təmasda ola bilərsiniz. Lakin balansı saxlamalısınız. Həftənin sonuna doğru bir qərar verməli olacaqsınız – mütləq ürəyinizin səsini dinləyin. Karate, güləş, gimnast, sambo və şahmatçılar üçün düşərli həftədir.

Balıqlar
Həssas və intuitiv olacağınız bir həftədir. Daxilinizdəki səs sizə doğru yolu göstərəcək. Ruh halınızı yaxşılaşdırmaq üçün musiqiyə və təbiətə vaxt ayırın. Sevgi sahəsində dərin hisslər yaşana bilər. Duyğularınızı gizlətməyin. Həftəsonu xoş xəbərlər alacaqsınız. Cüdo, güləş, gimnast, sambo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Oxşar xəbərlər