top
11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır Idman.biz
23 oktyabr 2026, 15:25
- ↺ +

11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır

Hindistan əsilli 11 yaşlı britaniyalı şahmatçı Bodhana Şivanandan Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunun son turunda yeni dünya rekorduna imza ata bilər.

Idman.Biz The Guardian nəşrinə istinadən xəbər verir ki, gənc idmançı şahmat tarixində beynəlxalq usta (IM) adını qazanan ən gənc qadın olmaq şansına malikdir. Bunun üçün onun oktyabrın 23-də keçiriləcək sonuncu partiyada uğur qazanması lazımdır.

Şivanandan artıq beynəlxalq usta adı üçün tələb olunan iki normanı yerinə yetirib. Son turda qələbə ona üçüncü və həlledici normanı tamamlamaqla yanaşı, IM adı üçün zəruri reytinq həddinə çatmaq imkanı verəcək.

Britaniyalı şahmatçı yarışın üçüncü turunda beynəlxalq ustanı məğlub edərək həmin vaxt canlı reytinqini 2399,4 xala yüksəldib. Açıq kateqoriya üzrə beynəlxalq usta adını qazanmaq üçün isə 2400 reytinq həddinə çatmaq tələb olunur.

Daha sonra Şivanandan The Guardian-ın məlumatına görə, 2426 reytinq xalına malik gürcüstanlı qrossmeyster Nino Batsiaşvili ilə heç-heçə oynayıb. Maraqlıdır ki, 11 yaşlı şahmatçı bu görüşdə üstün mövqeyə sahib olub və qələbə qazanmaq imkanını əldən verib.

Bodhana ilk turda dünya çempionluğu uğrunda matçın sabiq iştirakçısı, rusiyalı qrossmeyster Aleksandra Qoryaçkinaya qarşı da ciddi müqavimət göstərib, lakin uzun mübarizədən sonra məğlub olub.

Sonuncu, yeddinci turda Şivanandan 2034 reytinq xalına malik rəqiblə qarşılaşacaq. Partiya oktyabrın 23-də Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Zəruri şərtləri yerinə yetirəcəyi təqdirdə, britaniyalı şahmatçı əfsanəvi macar şahmatçısı Yudit Polqarın 38 il əvvəl müəyyənləşdirdiyi yaş rekordunu yeniləyəcək. Bununla yanaşı, o, cinsindən asılı olmayaraq, şahmat tarixində ən gənc beynəlxalq usta adını qazanan on oyunçudan birinə çevriləcək.

Şivanandan artıq bir neçə diqqətəlayiq nailiyyətin müəllifidir. Bu ilin iyulunda o, klassik şahmatda reytinqi 2600-dən yüksək olan qrossmeysteri məğlub etmiş ən gənc qadın şahmatçı olub. Həmin vaxt onun rəqibi 2628 reytinq xalına malik fransalı Mark-Andria Mauritsi idi.

2026-cı ildə Səmərqənddə keçirilən Şahmat Olimpiadasında isə o, qadınlar arasında qrossmeyster (WGM) adı üçün tələb olunan normaları ən gənc yaşda tamamlayaraq tarixə düşüb.

İndi gənc britaniyalı Monteneqroda daha bir tarixi uğura imza atmağa yaxındır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:15

İraola “Mançester Yunayted”lə oyundan sonra: “Daha çox qol vura bilərdik”

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Voleybol
Dünən, 23:26

Milli Estoniyada qələbə qazandı

Digər
Dünən, 23:25

Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

Futbol
Dünən, 23:10

“Milan” “Real Madrid”in hücumçusunu istəyir

Futbol
Dünən, 23:10

Milan 5-1 məğlub etdi Fiorentina

Futbol
Dünən, 23:10

Qattuzo: “Futbolçularımızın mentaliteti və yüksək temp”

Futbol
Dünən, 22:55

“Sabah”ın Barselona ilə qarşılaşmasına 65 min azarkeş gələcək

Futbol
Dünən, 22:41

Liverpool 4-0-ə Manchester United-ı məhv etdi

Oxşar xəbərlər