top
“Siz yalançısınız!” – Caqnedən klub rəhbərliyinə sərt sözlər Apasport.az
Bu gün, 00:31
- ↺ +

“Siz yalançısınız!” – Caqnedən klub rəhbərliyinə sərt sözlər

Türkiyənin "Amedspor" klubunun hücumçusu Mbaye Caqne klub rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirib.

Apasport.az xəbər verir ki, seneqallı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək beş ay maaş almadan oynadığını və klubun ona borclu olduğunu bildirib.

Caqne rəhbərliyin ona qarşı münasibətindən narazılığını gizlətməyib:

"Həm məni utandırırsınız, həm də güldürürsünüz. O qədər səmimiyyətsiz və təhlükəlisiniz ki... Beş ay maaş almadan oynadım. Buna baxmayaraq, bir kəlmə də şikayət etməyən yeganə futbolçu mən idim. Sizə əlimdən gələn bütün dəstəyi verdim. Sizin üçün etdiyim hər şeyi ürəkdən etmişəm. İndi Superliqada olduğunuz üçün hamınız özünüzü ağıllı göstərməyə çalışırsınız".

Seneqallı hücumçu bundan sonra klubla münasibətlərinin əvvəlki kimi olmayacağını bildirib:

"Bu gündən etibarən məni itirdiniz. Həm azarkeş, həm futbolçu, həm də qardaş olaraq. Mənə nə qədər borclu olduğunuzu çox yaxşı bilirsiniz. Amma kənardakı insanlar burada nələr yaşandığından xəbərsizdirlər. Siz yalançısınız".

Caqne klub rəhbərliyini azarkeşləri ona qarşı yönəltməyə çalışmaqda da günahlandırıb:

"Azarkeşlərin mənə nifrət etməsini istəyirsiniz? Problem deyil. Məni aldatmağa, meydandan kənarda problem yaratmağa çalışdınız ki, sonra "Baxın, Caqne nə etdi" deyə biləsiniz. Halbuki bütün bunları özünüz planlaşdırmışdınız. Mən həqiqəti bilirəm".

Futbolçu "Amedspor"a bağlılığını da vurğulayıb:

"Ameddə sizin adət-ənənələrinizi, musiqinizi və yeməklərinizi ürəkdən qəbul edən ilk futbolçu mən olmuşam. Azarkeşlərə, komanda yoldaşlarıma və kluba həmişə yaxşı münasibət göstərmişəm. Bütün gücümü və təcrübəmi bu komandaya vermişəm. Buradan başımı dik tutaraq ayrılacağam. Adımın ləkələnməsinə icazə verə bilmərəm".

Qeyd edək ki, "Amedspor"un baş məşqçisi Besnik Hasi daha əvvəl Caqnenin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra düşərgəyə qayıtmadığını və onun harada olduğunu bilmədiyini açıqlamışdı. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Digər
Dünən, 23:25

Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

Futbol
Dünən, 23:10

“Milan” “Real Madrid”in hücumçusunu istəyir

Futbol
Dünən, 23:10

Milan 5-1 məğlub etdi Fiorentina

Futbol
Dünən, 23:10

Qattuzo: “Futbolçularımızın mentaliteti və yüksək temp”

Futbol
Dünən, 22:55

“Sabah”ın Barselona ilə qarşılaşmasına 65 min azarkeş gələcək

Futbol
Dünən, 22:41

Liverpool 4-0-ə Manchester United-ı məhv etdi

Futbol
Dünən, 22:30

“Mançester Yunayted” yeni baş məşqçi ilə darmadağın oldu

Futbol
Dünən, 22:30

Sabah rəhbərliyi Raxmonaliyevi qışda satmağı planlaşdırmır

Futbol
Dünən, 22:16

Ozan Tufanın 5-ci dəqiqədəki qolu "Trabzonspor"a qələbə gətirdi

Futbol
Dünən, 22:09

Torald Bayramovun ehtiyatda qaldığı oyun Bursasporun 2-0 qələbəsi

Oxşar xəbərlər