top
Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu Idman.biz
Bu gün, 00:49
- ↺ +

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot 2026" turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, Azərbaycan qrossmeysteri 15-16-cı yerlər uğrunda qarşılaşmada almaniyalı Vinsent Keymerə uduzaraq 24 iştirakçı arasında 16-cı olub.

İlk oyun gününü 5.5:14.5 hesablı məğlubiyyətlə tamamlayan Məmmədyarov ikinci gündə rəqibi ilə heç-heçə edib. Şahmatçılar dörd blits partiyasında hərəyə bir qələbə qazanıb, iki görüşdə xalları bölüşüblər. Rapid qarşılaşmalarında da tərəflər hərəyə bir dəfə qalib gəliblər.

Sonuncu, sürətləndirilmiş vaxt nəzarəti ilə keçirilən klassik şahmat partiyası 90 gedişdən sonra heç-heçə yekunlaşıb. Bu nəticə ilə ikinci günün hesabı 10:10 olub. İlk gündə üstün olan Keymer 15-ci yeri tutub.

Turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca olub. Finalın ilk günündə niderlandlı Aniş Giriyə 9:11 hesabı ilə uduzan Firuzca ikinci gündə 12:8 hesablı qələbə qazanıb. Həlledici armageddon partiyasında da üstün olan Fransa şahmatçısı baş mükafata sahib çıxıb.

Giri ikinci, ABŞ təmsilçisi Fabiano Karuana üçüncü, fransalı Maksim Vaşye-Laqrav dördüncü olub. Norveçli Maqnus Karlsen yarışı 17-ci pillədə tamamlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Futbol
Dünən, 23:48

Antonio Konte: ‘Mənim metodumdan qorxanlar qələbədən qorxur’

Basketbol
Dünən, 23:33

Kevidin Dürantın 'Hugging Face' şirkətindəki sərmayəsi 60 milyon dollara çatdı

Futbol
Dünən, 23:24

Sumqayıtda 6 qol – Sabah 5, Sumqayıt 1 (VİDEO)

Futbol
Dünən, 23:18

Sabah'ın müdafiəçisi Puxaç: "Barselona"nı məğlub etməyi arzulayıram - VİDEO

Futbol
Dünən, 23:04

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

Qarabağ FK
Dünən, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Güləş
Dünən, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Dünən, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Futbol
Dünən, 22:22

Aleksey İsayev Sumqayıt qarşısında qolu yeni doğulan körpəsinə həsr etdi

Futbol
Dünən, 22:08

Kriştianu Ronaldu "Əl-Əhli" yenilməsində karyerasının 986-cı qolunu vurdu

Futbol
Dünən, 22:01

"Sumqayıt"ın baş məşqçisi: "Sabah"a qarşı azlıqda oynamaq çox çətin idi

Futbol
Dünən, 21:56

Mançester Yunaytedin məşqi dronla çəkilib və taktiki detallar açıqlanıb

Digər
Dünən, 21:54

38 yaşlı amerikalı hamilə qadın 34-cü həftədə New York marafonunu 4:06:55 ilə bitirdi

Digər
Dünən, 21:45

ASF ekspertinin Qubada "Üzməyi öyrənək" layihəsinin icrasını izləməsi

Digər
Dünən, 21:33

Qazaxda 5-ci İdman Festivalının açılışı keçirildi

Futbol
Dünən, 21:31

Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı

Futbol
Dünən, 21:26

Qalatasarayda zədəli futbolçuların vəziyyəti açıqlanıb

Futbol
Dünən, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Dünən, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Dünən, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Oxşar xəbərlər