Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatına uğurla başlayıblar.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Nicat Abasov ilk turda özbəkistanlı qrossmeyster Abdimalik Abdisalimova qalib gəlib.
Qadınların mübarizəsində Gövhər Beydullayeva türkiyəli Gülənay Aydını məğlub edib.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov da start görüşünü qələbə ilə tamamlayıb. Təmsilçimiz Cüneyt Mertdən üstün olub.
Kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə, 14 tur üzrə keçirilir. Çempionata noyabrın 28-də yekun vurulacaq.