İngiltərə Premyer Liqasının XI turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted"ə böyük hesabla qalib gəlib.
Sportify.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 8-ci dəqiqəsində qonaqların müdafiəçisi Lenni Yoro qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan iki dəqiqə sonra Dominik Soboslai cərimə zərbəsindən hesabı açıb. Floriyan Virts 13-cü dəqiqədə fərqi artırıb.
Rio Nqumoa 66-cı dəqiqədə üçüncü, Viktor Munyos isə 82-ci dəqiqədə dördüncü qolu vuraraq "Liverpul"un qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Liverpul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xalı olan "Mançester Yunayted" isə 19-cu yerdədir.
Növbəti turda "Liverpul" noyabrın 29-da "Everton"la, "Mançester Yunayted" isə bir gün əvvəl "Brentford"la qarşılaşacaq.