16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası 1Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib.
Sportify.az xəbər verir ki, yarışda komanda baş məşqçi Cahangir Seyed Abbasinin rəhbərliyi ilə çıxış edib. B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan milli hər iki oyunda məğlub olub.
A qrupunda Polşa, Estoniya və Ukrayna milliləri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna millisi ilə qarşılaşan Azərbaycan komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Çempionatın finalında Polşa millisi Latviya yığmasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.
B qrupu
Latviya – Azərbaycan 3:0 (25:20, 25:13, 25:15)
Azərbaycan – Finlandiya 1:3 (25:20, 17:25, 12:25, 16:25)
5-ci yer uğrunda oyun
Azərbaycan – Ukrayna 3:0 (25:15, 25:18, 25:20)