İngiltərə Premyer Liqasının XI turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i qəbul edib.
Apasport.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən prinsipial qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar görüşün ilk dəqiqələrində azlıqda qalıb. Leni Yoro 8-ci dəqiqədə Aleksander İsakın qarşısını kobud qayda pozuntusu ilə kəsdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Say üstünlüyü qazanan "Liverpul" bundan dərhal yararlanıb. Dominik Soboslai 10-cu dəqiqədə hesabı açıb. Cəmi üç dəqiqə sonra Florian Virts fərqi iki topa çatdırıb.
İkinci hissədə də üstünlüyünü davam etdirən meydan sahibləri 66-cı dəqiqədə Rio Nqumohanın qolu ilə hesabı 3:0-a çatdırıblar. Matçın 82-ci dəqiqəsində Viktor Munyos yekun nəticəni müəyyənləşdirib – 4:0.
"Liverpul" xallarının sayını 21-ə yüksəldib. "Mançester Yunayted" isə 8 xalda qalıb.