top
Karlsen Budapeştdə Artemyevlə klassik partiyaya çıxmaqdan imtina edib Idman.biz
Bu gün, 13:16
- ↺ +

Karlsen Budapeştdə Artemyevlə klassik partiyaya çıxmaqdan imtina edib

Norveçli qrossmeyster Maqnus Karlsen "Total Chess World Championship" turnirində Vladislav Artemyevlə klassik vaxt nəzarəti ilə keçirilən görüşə qatılmayıb.

İdman.Biz xəbər verir ki, ümumi mükafat fondu 650 min dollar(təxminən 1 milyon manat) olan yeni turnir Macarıstanın paytaxtı Budapeştdə keçirilir. Yarış klassik şahmat, rapid və blits formatlarını özündə birləşdirir. Karlsenlə Artemyev 17-ci yer uğrunda mübarizə aparırlar.

Bu gün blitsdə Karlsen bir qələbə qazanıb, üç partiya heç-heçə başa çatıb. Rapid yarışında isə norveçli şahmatçı bir dəfə heç-heçə edib, bir dəfə məğlub olub.

Nəticədə Karlsenin rapid üzrə reytinqi 2792,2-yə düşüb. Bu, FIDE-nin 2012-ci ildə sürətli şahmat üzrə reytinq sistemini tətbiq etməsindən bəri onun ən aşağı göstəricisidir. Bununla belə, norveçli qrossmeyster ikinci pillədəki özbəkistanlı Cavoqir Sindarovdan (2755,0) xeyli öndədir.

Karlsen klassik vaxt nəzarəti ilə keçirilməli olan partiyaya gəlməyib və ona texniki məğlubiyyət verilib. Beləliklə, Artemyev görüşü 15,5:4,5 hesabı ilə qazanıb.

Qeyd edək ki, bir gün əvvəl Karlsen Artemyevlə ilk qarşılaşmada blits partiyalarından sonra 3:1 hesabı ilə öndə olub, daha sonra rapid üzrə iki partiyaya çıxmaqdan imtina edib. Norveçli şahmatçıya qələbə üçün klassik partiyada qalib gəlmək lazım idi və o, buna nail olub. Nəticədə ilk görüş Karlsenin 11:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün şahmatçılar tay-brekdə - "Armageddon" partiyasında da üz-üzə gəliblər. Bu formatda heç-heçə olacağı təqdirdə qara fiqurlarla oynayan şahmatçı qalib sayılır, ağ fiqurlarla çıxış edən tərəf isə yalnız qələbə qazanmaqla üstün ola bilər. Karlsen qara fiqurlarla qalib gələrək yekunda 17-ci yeri tutub.

Bundan əvvəlki iki gündə Karlsen pley-offun təsəlliverici mərhələsində qazaxıstanlı Bibisara Asaubayeva ilə qarşılaşıb. Hər iki görüşdə blits və rapid partiyalarından sonra üstün olan norveçli şahmatçı klassik partiyaya ehtiyac duymayıb. Buna görə də o, qəsdən oyuna gəlməyib və texniki məğlubiyyət alıb. Belə hallarda nəticə reytinqə təsir etmir.

2011-ci ilin iyulundan FIDE reytinqinə fasiləsiz liderlik edən Karlsen qrup mərhələsində uğursuz çıxış edib və heç bir qələbə qazana bilməyib. Norveçli şahmatçı canlı reytinqdə 19 xal itirərək göstəricisini 2804,0-a endirib. O, 17 ildən sonra ilk dəfə reytinqdə 2800 xal həddindən aşağı düşmək təhlükəsi ilə üzləşib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:27

Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib

Digər
Bu gün, 13:26

İdman sahəsində zorakılıq və ayrı-seçkiliklə bağlı müraciətlər üçün platforma istifadəyə verilib

Futbol
Bu gün, 13:24

Misli Premyer Liqada Şamaxı - Turan Tovuz görüşünün heyətləri açıqlandı

Digər
Bu gün, 13:04

"Sauthempton" baş məşqçisi Tonda Ekkertlə müqavilə müddətini uzadıb

Futbol
Bu gün, 13:00

Neftçi baş məşqçisi Yuri Vernidub İqor Ribeyrodun ikitərəfli görüş təklifini rədd etdi

Futbol
Bu gün, 13:00

Seyxan Fərəcov: '0:2-dən geridönüş edərək heç-heçə etmək möhkəm iradə tələb edir'

Futbol
Bu gün, 12:56

Emin Mahmudovun fotosu Nyu-Yorkun Times Square meydanında böyük ekranda nümayiş etdirildi

Futbol
Bu gün, 12:41

"Bavariya" rəsmisi Rummenigge Musiala əvvəlki formasına qayıtmasa maaşının azaldıla biləcəyini bildirib

Digər
Bu gün, 12:30

10 ölkə İnfantinoya dəstək verdi;

Futbol
Bu gün, 12:30

Kriştiano Ronaldo karyerasında 38-ci penaltini qol çevirə bilməyib

Digər
Bu gün, 12:30

“Azarkeşlərin dəstəyi çətin anlarda bizə güc verir”

Digər
Bu gün, 12:26

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazanır: 'Xəsarətim ciddi olmasaydı, qızıl medalı əldə edərdim'

Digər
Bu gün, 12:20

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Futbol
Bu gün, 12:12

Tom Bredi "Çelsi"nin investoru oldu

Futbol
Bu gün, 12:00

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

Azərbaycan millisinin futbolçusu Lorenso Mezzotero İtaliya klubu Sampdoriya ilə müqaviləsini uzadı

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Oxşar xəbərlər